Azərbaycanın müdafiə naziri Pakistan Quru Qoşunlarının komandanı ilə görüşüb | SON XƏBƏR | SON XƏBƏR

Azərbaycanın müdafiə naziri Pakistan Quru Qoşunlarının komandanı ilə görüşüb

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Pakistan Quru Qoşunlarının komandanı, general Qamar Caved Bacva ilə görüşüb.

Müdafiə Nazirliyindən verilən məlumata görə, görüşdə Azərbaycan ilə Pakistan arasında əlaqələrin həm ikitərəfli, həm də çoxtərəfli formatda yüksələn xətlə inkişaf etməsindən, xüsusi ilə hərbi sahədə əməkdaşlığın genişləndirilməsindən, eləcə də strateji tərəfdaşlığın səviyyəsindən məmnunluq ifadə edilib.

Tərəflər qarşılıqlı səfərlərin təşkili və görüşlərin keçirilməsinin vacibliyini bildirərək müdafiə, hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əlaqələrin genişləndirilməsinin zəruriliyini bir daha qeyd ediblər.

"Report"

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>