Azərbaycanın U-19 millisi İrlandiya ilə qarşılaşacaq | SON XƏBƏR | SON XƏBƏR

Azərbaycanın U-19 millisi İrlandiya ilə qarşılaşacaq

Bu gün 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının elit-raundunda II tur oyununu keçirəcək.

Vüqar Məmmədin baş məşqçi olduğu kollektiv Rusiyada təşkil olunan 1-ci qrupun növbəti matçında İrlandiya ilə üz-üzə gələcək.

Krasnodardakı "Kuban" stadionunda baş tutacaq görüşü macar baş hakim Adam Farkaş idarə edəcək.

Qrupun digər qarşılaşması Rusiya və Rumıniya arasında olacaq.

İlk turda Azərbaycan Rusiya ilə qolsuz heç-heçə etdiyi halda, İrlandiya Rumıniyanı darmadağın edib - 5:0.

Qeyd edək ki, U-19 elit-raunda vəsiqəni 2018-ci ilin noyabrında Gürcüstanın paytaxtı Tbilisidə təşkil olunmuş seçmə mərhələdə əldə edib. Daha sonra bu komanda Türkiyə və İspaniyada təlim-məşq toplanışlarında olub, çoxlu sayda yoxlama oyunu keçirib. 14 - 27 iyulda Ermənistanda keçiriləcək final mərhələsinə yalnız qrup qalibi vəsiqə qazanacaq.

AVRO-2019-un elit-raundu

II tur

1-ci qrup

23 mart

13:00. İrlandiya - Azərbaycan

Hakimlər: Adam Farkaş, Balaj Şert (hər ikisi Macarıstan), Yeqor Bolxovitin, Nikolay Voloşin (hər ikisi Rusiya)

Krasnodar, "Kuban" stadionu (Rusiya)

18:00. Rusiya - Rumıniya

"Report"


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>