Deputat: Azərbaycanda mütəmadi olaraq əfv sərəncamlarının imzalanması dövlətin öz vətəndaşlarına verdiyi dəyərin bariz nümunəsidir | SON XƏBƏR | SON XƏBƏR

Deputat: Azərbaycanda mütəmadi olaraq əfv sərəncamlarının imzalanması dövlətin öz vətəndaşlarına verdiyi dəyərin bariz nümunəsidir

Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin mərkəzində ölkə vətəndaşlarının maraqları dayanır. Dövlətimizin başçısı tərəfindən vətəndaşlara daim xüsusi diqqət və qayğı göstərilir, qəbul olunan bütün qərarlarda vətəndaşların mənafeyi əsas götürülür. Bu isə o deməkdir ki, ölkəmizdə həyata keçirilən dövlət siyasəti humanizm prinsiplərinə söykənir və ictimai maraqları ən yüksək səviyyədə ifadə edir.

Bunu  Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü Aydın Hüseynov deyib.

Millət vəkili bildirib ki, Azərbaycanda mütəmadi olaraq əfv sərəncamlarının imzalanması, amnistiya aktlarının qəbul olunması dövlətin öz vətəndaşlarına verdiyi dəyərin bariz nümunəsidir. Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamları və fərmanlarının icrası nəticəsində minlərlə məhkum öz azadlığına qovuşub və ya cəzaları qanunvericiliyə uyğun olaraq azaldılıb.

O əlavə edib ki, əfv olunan vətəndaşlar dövlətin onlara olan inam və etibarını daim hiss edir, cəmiyyətə inteqrasiya olunmaq, ölkə həyatının ən müxtəlif sahələrində layiqincə iştirak etmək üçün səy göstərirlər:

“Prezident İlham Əliyev tərəfindən martın 16-da imzalanan “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncam da bu qəbildən olan nümunələrdəndir. Sözügedən sərəncama əsasən, azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş 399 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib. Bundan başqa, ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş üç nəfərdən birinin cəzası 25, iki nəfərinki isə 20 il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəzlənib”.

A.Hüseynov qeyd edib ki, bu gün hər bir azərbaycanlı Prezident İlham Əliyev tərəfindən həyata keçirilən yüksək ideallara və humanizm prinsiplərinə söykənən siyasəti dəstəkləyir, təqdir edir:

"Eyni zamanda, əfv olunan şəxslər minlərlə insanı əhatə edən əfv sərəncamlarına və amnistiya aktlarına, insan hüquqları sahəsində atılan ardıcıl humanist addımlara görə Prezident İlham Əliyevə dərin təşəkkürlərini bildirir, Azərbaycan ictimaiyyətinin milli həmrəyliyi dəstəkləyən, xoş niyyətə söykənən nümayəndələri humanizm nümunəsi olan bu addımları olduqca yüksək qiymətləndirirlər".

Trend


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>