İmişlidə iki yol qəzası baş verib, yaralananlar var | SON XƏBƏR | SON XƏBƏR

İmişlidə iki yol qəzası baş verib, yaralananlar var

İmişli rayonunda iki yol qəzası baş verib.

Hadisələrdən biri İmişli-Mirili avtomobil yolunun Bəcirəvan kəndindən keçən hissəsində baş verib.

Qəza zamanı "VAZ-2107" markalı minik avtomobili yoldan çıxaraq aşıb. Nəticədə İmişli rayon, Qulubəyli kənd sakini, 1975-ci il təvəllüdlü, sürücü Qasımov Elxan Məhərrəm oğlu müxtəlif bədən xəsarətləri alıb.

Yaralı İmişli Rayon Mərkəzi Xəstəxanasına aparılıb və ona ilkin tibbi yardım göstərilib. Amma vəziyyəti ağır olduğundan o, Bakıdakı xəstəxanalardan birinə göndərilib.

Digər qəza isə Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun İmişli rayon, Məhəmmədli kəndindən keçən hissəsində baş verib. Hadisə zamanı "VAZ-2106" markalı avtomobil idarə etməni itirərək yoldan çıxıb. Nəticədə İmişli rayon sakini, 1958-ci il təvəllüdlü, sürücü Cəbiyev Əlisafa Cəbi oğluxəsarət alıb.

Yaralı İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hər iki faktla bağlı araşdırma aparılır.

"Report"


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>