Jalə balamsan Vüsalə Bəylərqızı | SON XƏBƏR | SON XƏBƏR

 Jalə balamsan Vüsalə Bəylərqızı

Jalə balamsan      Vüsalə Bəylərqızı

Gözəl Jalə balamız səni ad günün münasibəti ilə İdeologiya.az kollektivi olaraq təbrik edir,təbrikimizə səni sevənlərdən xalan Aygün,Vüsalə,sinif müəllimən Fərqanə müəllimə və bütün sinif yoldaşların qoşulur.Sənə həyatda xoş günlər,can sağlığı,uzun ömür arzulayırıq və ailənə xeyirli uğurlu övlad olasan.

  Jalə balamsan

Səhər nəfəsimə,dolan mehimsən,

Göy otlar üstündə,donan şehimsən

Döyünən ürəyim,görən gözümsən,

Şirinim şəkərim,Jalə balamsan

***  ***  ***  ***  ***

Ana əvəzimsən,bacım,sirdaşım

Ata mərhəmətim,oğlum,qardaşım.

Həyatda tək olan dostum yoldaşım

Gözümün işığı Jalə balamsan.

***  ***  ***  ***  ***

Gülər üzünə,şirin dilinə

Qurbanlar vermişəm,olan ilinə

Qurbanın olaram sənin telinə

Başımın tacısan, Jalə balamsan

***  ***  ***  ***  ***

Evimə yaraşıq,başıma tacsan

Günəş gözlərinlə şəfəqlər saçsan

Ömür yollarıma gül kimi acsan

Gözəlim mələyim Jalə balamsan.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>