Kəndimizin son günü:Özəl 142-cı fəsil | SON XƏBƏR | SON XƏBƏR

Kəndimizin son günü:Özəl 142-cı fəsil

 Kəndimizin son günü:Özəl 142-cı fəsil

Yaddaşlarımızda,gözlərimizin didəsində dəfn edilmiş Novruzlunun əziz xatirəsinə.

Eyni adlı kitabımızdan fəsillər.

Hə,keçən geridə qalan fəsildə sovet həbsxanalarında ardı-arası kəsilməyən erməni,rus təxribatlarından,birbaşa ölümünə,fiziki cəhətdən aradan götürülməyinə hesablanmış,ölümlü məkirli torlardan hər dəfə iti ağlı,geniş dünya dərki,güclü,cəsur olması ilə xilas olaraq xalqının şərəfini qorumaq üçün göz qırpmadan erməniləri şil-şülküt edərək qatardan ataraq,birini də cəhənnəmə vasil edən Fətiş Məhəmməd oğlu sovet həbsxanalarında cavan ömründən uzun illərini xərclədikdən sonra sağ-salamat Vətənə,bacı və qardaşlarınınyanına qayıda bilir və damək olar ki,puç olmuş həyatını küləklərə sovrulmuş cavanlığının əsas çiçəklənən illərini itirsədə,min zəhməti bahasına,sözün əsl mənasında dişiylə-dırağıyla quraraq,həmdə böyük ailəyə sahib çıxaraq onların gün-güzəranlarını təmin etməli olur.Bütün bunları erməni qənimi,cəsur,igid türk oğlu Fətiş Məhəmməd oğlunun  keşməkeşli olduğu qədər şərəfli həyat yolu barədə az sonra danışacağıq.

İndi toxunacağım məqamlar sovet dövrü son dərəcə məxviliklə qorunan erməni-rus qanlı iş birliyinin qurbqanlarına çevrilənlərdən,konkret olaraq Qarabağın bəy kəndi olan doğma yurdumun igid,qeyrətli oğullarından,hansıki müxtəlif bəhanələrlə sovet ordusu sıralarında öldürülən,qətillərinin üstü açılmayan  qatilləri həmişə olduğu kimi tapılmayan,ölüm səbəbləri iz azdıraraq başqa cür rəsmiləşdirilib sənədləşdirilən adsız qəhrəmanlarımızdan dinc sovet dövründəki şəhidlərimizdən və onların qəhrəmanlıqlarını örnək olduqları  cənnətməkan igidlərimizdən danışmaq,yüngülləşmək istəyirəm.

Ötən fəsillərdə də belə igidlərimiz barəsində davamlı olaraq bəhs etsəmdə,yaşadığımız indiki ağrılı-acılı məqamda,erməni-rus təcavüzü ilə üz-üzə,diş-dişə,göz-gözə qaldığımız torpaqlarımızın erməni tapdağında  əsir-yesir,əhalimizin böyük bir hissəsinin qaçqın,köçkün kimi doğma Vətənimizdə qəriblik həyatını məcburən  yaşadıqları qaçqın,qəsəbə,kəndlərinin çoxaldığı məqamda,mənəviyyatımızın demək olar ki,erroziyaya aşılanmaya,demək çürüdüyü vaxtda belə adsız,namsız erməni qənimi igidlərimiz haqqında hər gün ,anbaan danışsaq yenə azdır ki,onları artıq özünə gələrək toparlanmış,torpaq Vətən uğrunda qəhrəmanlığa,şəhidliyə,özgürlüyə hazır olan cavanlarımıza,şərəfli keçirilmiş dərs olsunlar,Mübarizlərimizin,Çingizlərimizin,Ərəstunlarımızın yaşadığımız günlərdəki cavan canları bahasına qoruduqları Vətən,torpaq namusunu onlar da uca tutaraq,necəki tuturlar,qarı düşməni  yuvasında boğmağa göz qırpmadan atılsınlar.Qaçaq Əsədulla,ötən əsrin sovet komunist quruluşu adlanan,zəhərli dişləri qarşısına keçəni çalmağa hazır olan,əfi ilan timsallı bu qarşısıalınmaz qapqara ləpəli,dalğalı sellər kimi qarşısına çıxanı süpürləyən,ölüm püskürən bu bəla Azərbaycanımızda taun,vəba kimi bürüyəndə,tarix boyu rus namərdliyinin züy tutanları olanlar,ermənilər,həmişəki murdar xislətləri ilə fürsətdən yararlanaraq xalqımızıa zülm yaşatmağa,sözün əsil mənasında divan  tutmağa başladılar.Xalqımızın düçar olduğu erməni-rus qaniçənliyi barədə çox yazıldığından təfəürratlara varmadan ötən fəsillərdə,başının dəstəsi ilə kəndini müdafiə edərək dişinədək silahlanmış erməni cəlladlarını   obaya buraxmayaraq son nəfərinədək kəndin sərhədlərindəki dərənin kənarında qıraraq gömmüş Qaçaq Əsədullanın misilsiz sücaətini,igidliyini bir daha xatırlatmaq istəyirəm ki,bu günkü,yaxudda ötən əsrin sovet quruluşunun ermənilərə geniş meydan verdiyi illərdə igid oğullarımızın,adlı,adsız qəhrəmanlarımızın erməni kimi qarı düşmənə can verməyərək namərdliklə arxadan vurulmaları,güclərin qeyri-bərabər döyüşlərdə şəhid edilmələri,ölümün gözünə qorxmadan dik baxmalarının yanğının qabağında əyilməmələrinin kökü elə kişilərə,  bir bütöv uzanan dərin dərəni erməni qırılan kimi tarixləşdirilmiş,sonda kommunist hiyləsi ilə sapı özümüzdən olanların,milli kimliyimizə düşmənlərin qurduqları namərd toru ilə yatdığı yerdə güllələnərək şəhid edilən cənnətməkan Qaçaq Əsədulla,Fətiş Məhəmməd oğlu və digəri kimi nər kişilərə gedib çıxaraq o köklərdən şaxələnirlər.Kazımov Sərvaz Kamil oğlu son dərəcə fiziki güclü,yetişmiş idmançı,ləyaqətli yaxşı bir kişinin oğlu olan Vətən övladı.Ötən əsrin sovetləşmiş,zahirən sakit görünən,amma daxildən təlatümlü illərində Sovet Ordusu sıralarında Naxçıvanda hərbi xidmət keçərkən alayda çoxluq təşkil edən ermənilərin dəfələrlə ona bu igid say-seçmə oğula qurduqları,təbii ki,fiziki cəhətdən aradan götürməyə,ölümünə hesablanmış məkirli pusqulardan həmişə sağ-salamat çıxan,üstünə çoxsaylı dəstələrlə bıçaqlı,dəmir parçaları ilə silahlanıb gələn erməniləri sözün əsil mənasında şil-şülküt edən Sərvazı nəhayət qanına susayan qarı düşmən rusların köməyi ilə öldürərək,qanlı qələbələrinə sevinirlər ki,özgür bir türk igidinidə şəhid edə bildilər.Gələn fəsildə bu qəhrəmanlarımızdan danışacağıq nələr,nələr.

 

Ardı var.

Teylor Fətişoğlu.

 

 

 

 


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>