Murat Boz və Seda Bakan “CinemaPlus”da çəkildikləri filmin qalasına qatılıblar | SON XƏBƏR | SON XƏBƏR

Murat Boz və Seda Bakan “CinemaPlus”da çəkildikləri filmin qalasına qatılıblar

Murat Boz və Seda Bakan “CinemaPlus”da çəkildikləri filmin qalasına qatılıblar

“CinemaPlus Gənclik Mall” kinoteatrında “Öldür Beni Sevgilim” türk romantik komediya filminin təqdimatı olub.

Təqdimatdan öncə keçirilən media nümayəndələri ilə görüşdə Türkiyənin tanınmış ulduzları Murat Bozvə Seda Bakan iştirak ediblər.

Onlar KİV nümayəndələrinin suallarını cavablandırıblar.

M.Boz Azərbaycanda dəfələrlə olduğunu bildirib, layihənin çəkilişi zamanı xeyli əyləndiyini qeyd edib.

Seda Bakan da azərbaycanlıların mehriban olduğunu söyləyib: “İlk dəfə gəlmişəm. İstanbulda həyat çox qarışıqdır. İçərişəhəri gəzdik, bizdə köhnə binaları sökürlər. Biz qardaş ölkədəyik, təyyarədən düşdüyümüz anda özümüzü yad hiss etmədik”.

Mətbuat nümayəndələri ilə görüşdən sonra ekran işinin qalası keçirilib. Məşhur türk ulduzları qonaqlar tərəfindən isti qarşılanıb və böyük həvəslə onlarla şəkil çəkilib.

Filmin nümayəşindən öncə Murat Boz və onun balaca pərəstişkarı səhnəyə çıxıb mahnı ifa ediblər.

Şenol Sönmezin rejissorluğunu etdiyi filmdə Murat Boz, Seda Bakan, Açelya Topaloğlu, Özgür Emre Yıldırım, Seda Güven, Yosi Mizrahi, Dilşad Şimşek və Ali Yoğurtçuoğlu çəkiliblər.

Filmin məzmununa gəlincə, ekran işi bir-birini öldürməyə qərar verən cütlüyün hekayəsindən bəhs edir. Okan ilə Demət 5 ildir  evlidirlər, amma birlikdə keçirdikləri illərə rəğmən münasibətləri elə də yaxşı deyil. Onların sevgisi bir nağıl kimi başlayıb, böyük həyacanla davam edib və xoşbəxt sonluqla – evliliklə bitmişdi. Amma müəyyən vaxtdan sonra evlilik həyatını maraqsız görən cütlüyün arasındakı o coşqu sönməyə başlayır.

Tədbirin təşkilinə Cinema Distribution, “Gənclik Mall” Ticarət Mərkəzi, ATV telekanalı, Hilton Baku, Bizon Energy və Hillside premium çaxırları dəstək olub.

Filmin Azərbaycanda yayım hüququ Cinema Distribution şirkətinə məxsusdur. Cinema Distribution 5 illik fəaliyyəti ərzində 300-dən çox müxtəlif janrlı, yerli və əcnəbi filmlərin böyük ekranlarda nümayişini təşkil edib. Ölkədə rekord sayda tamaşaçı tərəfindən izlənmiş filmlər məhz Cinema Distribution tərəfindən kinoteatrlara təqdim olunub.

Cinema Distribution 3 ildir “Öldür beni sevgilim” filminin istehsalçısı BKM-in Azərbaycan və MDB ölkələri üzrə ekslüziv tərəfdaşıdır və bu müddətdə bir-birindən uğurlu layihələri ölkəyə gətirib.

Film martın 14-dən etibarən “CinemaPlus” kinoteatrlar şəbəkəsində nümayiş olunur.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>