Nikola Yurçeviç Rusiyada çıxış edən futbolçunu Azərbaycan millisinə çağırıb | SON XƏBƏR | SON XƏBƏR

 Nikola Yurçeviç Rusiyada çıxış edən futbolçunu Azərbaycan millisinə çağırıb

Nikola Yurçeviç Rusiyada çıxış edən futbolçunu Azərbaycan millisinə çağırıb

Rusiyanın “Krılya Sovetov” klubunun futbolçusu Ramil ŞeydayevAzərbaycan millisinə dəvət alıb.

Sonxəbər.info  “Report”a istinadən xəbər verir ki, yeni baş məşqçi Nikola Yurçeviç 23 yaşlı hücumçunu qarşıdakı iki oyun üçün yığmaya çağırıb.

Bunadək Almaniyanın “Proyssen” komandasının formasını geyinən Rüfət Dadaşovu N.Yurçeviçin açıqlayacağı ilk heyətdə yer alacağı bilinirdi.

Qeyd edək ki, Azərbaycan millisi martın 21-də AVRO-2020-nin seçmə mərhələsinin ilk turunda Xorvatiya komandasının qonağı olacaq. N.Yurçeviçin rəhbərlik etdiyi kollektiv martın 25-də Bakıda Litva yığması ilə yoldaşlıq oyunu keçirəcək.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>