“Real Madrid” tarixində üçüncü dəfə qapısından ən azı 4 top buraxıb | SON XƏBƏR | SON XƏBƏR

“Real Madrid” tarixində üçüncü dəfə qapısından ən azı 4 top buraxıb

 “Real Madrid” tarixində üçüncü dəfə qapısından ən azı 4 top buraxıb

Futbol üzrə Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab görüşündə Hollandiya “Ayaks”ına 1:4 hesabı ilə uduzan İspaniyanın “Real Madrid” klubu Avropa kuboklarında ikinci dəfə darmadağınla üzləşib.

İlk böyük hesablı məğlubiyyət da cari mövsümə təsadüf edib. Bu, 12 dekabr 2018-ci ildə Rusiya MOİK-i ilə qrup mərhələsinin görüşündə baş verib - 0:3. Hər iki qarşılaşma doğma “Santyaqo Bernabeu” stadionunda oynanılıb.

Bu görüşlərdə kapitan Serxio Ramos iştirak etməyib. Təcrübəli müdafiəçi “Ayaks”la ilk matçda bilərəkdən sarı vərəqə aldığı üçün iki oyunluq cəzalanıb. Daha əvvəl qrup mərhələsində Rusiya MOİK-i ilə ev və səfər (0:1), eləcə də ötən mövsüm İtaliya “Yuventus”u ilə ev (1:3) qarşılaşmalarında da “kral klubu” Ramos olmadan məğlubiyyətlə üzləşib.

Ümumiyyətlə, “Real Madrid” ev oyunlarında 2 dəfə qapısından 4 top buraxıb. İlk belə hal 29 fevral 2000-ci ildə II qrup mərhələsinin Almaniya “Bavariya”sı ilə matçına təsadüf edib – 2:4. 2015-ci ildə “kral klubu” 1/8 final mərhələsinin cavab oyununda Almaniya “Şalke”sinə yenilib – 3:4.

“Ayaks” isə Çempionlar Liqasının pley-off matçında 1995-ci ilin aprelindən ilk dəfə ən azı 4 top vurub. Həmin vaxt Amsterdam komandası “Bavariya”ya qalib gəlib – 5:2.

Qeyd edək ki, “Ayaks” ilk görüşdə öz meydanında “Real Madrid”ə 1:2 hesabı ilə uduzmuşdu.

“Report”


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>