Sabaha gözlənilən hava proqnozu haqqında | SON XƏBƏR | SON XƏBƏR

Sabaha gözlənilən hava proqnozu haqqında

 Sabaha gözlənilən hava proqnozu haqqında

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə,Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraiti açıqlanıb.

Dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin 03-dən 04-nə keçən gecə bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var.

Səhər ayrı-ayrı yerlərdə zəif duman.

Mülayim şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu  gecə 2-5° isti, gündüz  8-11° isti,

Bakıda gecə 3-5° isti, gündüz  8-10° isti təşkil edəcək.

Atmosfer  təzyiqi normadan yüksək  766 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət gecə 75-85 %, gündüz 55-65 % olacaq.

Azərbaycanın rayonlarında

Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı, gündüz əksər rayonlarda

əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman.

Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-5° isti,

gündüz  10-15° isti, dağlarda gecə 0-5° şaxta, gündüz  4-9° isti təşkil edəcək.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>