Samir Şərifov: “Problemli kreditlərlə bağlı maliyyələşmə mexanizmləri hazırdır” | SON XƏBƏR | SON XƏBƏR

Samir Şərifov: “Problemli kreditlərlə bağlı maliyyələşmə mexanizmləri hazırdır”

 Samir Şərifov: “Problemli kreditlərlə bağlı maliyyələşmə mexanizmləri hazırdır”

Maliyyə nazirvi Samir Şərifov

“Azərbaycanda problemli kreditlərin həlli ilə bağlı Prezident İlham Əliyevin imzaladığı fərmanda nəzərdə tutulmuş bütün işlər həyata keçirilir, Maliyyə Bazarlarına Nəzarət Palatası banklarla bu istiqamətdə iş aparır”.

Sonxəbər.info “Report”a istinadən  xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov jurnalistlərə açıqlamasında deyib.

“Hazırda kreditlərin məbləği, sayı dəqiqləşdirilir. Bunun əsasında da müvafiq işlər başlanacaq və normal qaydada ödənişlər həyata keçiriləcək. Maliyyələşmə ilə bağlı mexanizm praktiki olaraq hazırdır. Burada hər hansı bir problem görünmür. Maliyyə Nazirliyində qaynar xətt yaradılıb, suallara cavab verilir. Bütün əsas məsələlər artıq öz həllini tapıb”, – nazir qeyd edib.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>