Tbilisidə taksi sürücüləri etiraz aksiyası keçirib | SON XƏBƏR | SON XƏBƏR

Tbilisidə taksi sürücüləri etiraz aksiyası keçirib

Gürcüstanın paytaxtı Tbilisidə şəhər meriyasının binası qarşısında taksi fəaliyyəti ilə məşğul olan sürücülər etiraz aksiyası keçiriblər.

İdeologiya.az “Report”a istinadən xəbər verir ki, aksiya iştirakçıları taksi fəaliyyəti üçün nəzərdə tutulan yeni tənzimləmələrə etiraz ediblər.

Sürücülər bildiriblər ki, yeni qaydalar taksi xidmətindən istifadə qiymətlərinin artmasına və sürücülərin gəlirlərinin azalmasına səbəb olacaq.

Aksiya iştirakçıları islahatların təxirə salınması və Tbilisi Meriyasının rəhbər şəxsləri ilə görüş tələb ediblər.

Sürücülərin etiraz askiyasına münasibət bildirən Tbilisi merinin müavini İrakli Xmaladze deyib ki, taksi fəaliyyəti ilə bağlı islahatlar taksi xidmətinin yaxşılaşdırılması məqsədilə hazırlanıb: “Taksi fəaliyyəti ilə bağlı islahatlar Tbilisi üçün olduqca önəmlidir. Yeni qaydaların təxirə salınması mümkün deyil”.

Qeyd edək ki, Tbilisidə bu ilin oktyabrın 1-dən etibarən qüvvəyə minəcək yeni qaydalara əsasən, birinci mərhələdə taksi sürücələri məcburi qaydada lisenziya almalı olacaqlar. Bununla yanaşı, üçqapılı və sağ sükanlı avtomobillər taksi xidmətini göstərə bilməyəcəklər. Bir ildən sonra isə bütün taksi maşınlarının ağ rəngdə olması tələb olunacaq.

Qeyri-rəsmi məlumatlara əsasən, Tbilisidə 40 minə yaxın taksi fəaliyyət göstərir.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>