Yüksək dağlıq ərazilərdə qarölçmə işləri davam etdirilir | SON XƏBƏR | SON XƏBƏR

Yüksək dağlıq ərazilərdə qarölçmə işləri davam etdirilir

Yüksək dağlıq ərazilərdə qarölçmə işləri davam etdirilir

Ekologiya və Təbii Sərvətlər Nazirliyininmətbuat xidmətindən İdeologiya.az-a verilən məlumatda bildirilir ki, Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin mütəxəssisləri tərəfindən ölkə ərazisində qar-su ehtiyatlarının müəyyənləşdirilməsi, su resurslarının qiymətləndirilməsi məqsədilə Böyük və Kiçik Qafqazın yüksək dağlıq ərazilərində qarölçmə işləri davam etdirilir. Hazırda ekspedisiya üzvləri Kiçik Qafqazın  Şəmkirçay hövzəsinin 1800 m hündürlüyündə qarölçmə işləri aparır.

Qeyd edək ki, ekspedisiya Azərbaycan Respublikası Prezidentinin 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nin suvarma suyuna olan tələbatın öyrənilməsi, suvarma suyu ilə təminatın yaxşılaşdırılması bəndlərinə uyğun olaraq təşkil edilib.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>