Yunanıstan çempionu “Qarabağ”ın futbolçusu ilə maraqlanır | SON XƏBƏR | SON XƏBƏR

 Yunanıstan çempionu “Qarabağ”ın futbolçusu ilə maraqlanır

Yunanıstan çempionu “Qarabağ”ın futbolçusu ilə maraqlanır

Azərbaycan milli komandasının və “Qarabağ”ın futbolçusu Mahir Mədətov Yunanıstanın AEK Klubunun maraq dairəsinə düşüb.

Sonxəbər.info“Report”a  istinadən verdiyi məlumata görə, “sarı-qaralar” 22 yaşlı hücumçu ilə qış transfer dövrünün sonlarında danışıqlar aparıblar. Danışıqlar müsbət məcrada davam etsə də, Afina təmsilçisi məsələni yayadək təxirə salmağı qərara alıb. Lakin Mədətov yenə Yunanıstan çempionlarının diqqətindədir. AEK-in gənc forvardı yayda sıralarına qatacağı istisna olunmur.

Qeyd edək ki, Mahir Mədətov bu mövsüm ümumilikdə 34 oyunda 7 qol və 4 məhsuldar ötürmə müəllifi olub. O, Avropa Liqasının qrup mərhələsindəki bütün görüşlərdə meydana çıxıb. Mədətov Azərbaycan millisində isə 12 oyuna 2 qol vurub.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>