SON XƏBƏR | Archive | Aprel

Home » 2019 » Aprel

May ayına olan hava proqnozu açıqlanıb

May ayına olan hava proqnozu açıqlanıb

May ayına olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Sonxəbər.info-ya verilən məlumata görə may ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər yüksək olacağı gözlənilir. Aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimal olunur. Birinci ongünlüyün ortalarında […]

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə aprelin 30-da Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. Sonxəbər.info “Report”a istinadən  xəbər verir ki, dövlət başçısı iclası giriş nitqi ilə açıb. Sonra Prezidentin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi Natiq Əmirov, kənd təsərrüfatı naziri İnam Kərimov və İcbari Tibbi Sığorta üzrə […]

DİN: Ötən gün yol qəzasında 8 nəfər ölüb, 1 nəfər xəsarət alıb

DİN: Ötən gün yol qəzasında 8 nəfər ölüb, 1 nəfər xəsarət alıb

Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən  verilən məlumata görə, aprelin 29-da törədilən 21 cinayətin üstü “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 31 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 4 nəfər, borclu şəxs qismində axtarışda olan 9 nəfər saxlanılaraq aidiyyəti üzrə […]

 Qaradağ rayonunun bəzi ərazilərinə elektrik enerjisinin verilişində fasilələr yaranacaq

 Qaradağ rayonunun bəzi ərazilərinə elektrik enerjisinin verilişində fasilələr yaranacaq

Qaradağ rayonunun bəzi ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq. “Azərişıq” ASC-dən AZƏRTAC-a bildirilib ki, 110 kilovoltluq Xırdalan hava elektrik verilişi xəttində aparılan yenidənqurma və təmir işləri ilə əlaqədar aprelin 30-da saat 11:00-dan 15:00-dək Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi yaşayış binaları, Yeni Müşfiq massivi həyət evləri, 28 May qəsəbəsi, Müşfiqabad-Sumqayıt yolunun sağ və sol hissələrindəki həyət evlərinə elektrik enerjisinin […]

Yunanıstanda keçirilən Pasxa mərasimində faciə baş verib

Yunanıstanda keçirilən Pasxa mərasimində faciə baş verib

Yunanıstanın Kalamata şəhərində Pasxa bayramı ilə əlaqədar təşkil olunan mərasim zamanı faciə baş verib. AZƏRTAC xəbər verir ki, yerli televiziyalardan birinin operatoru XIX əsrə aid adətə uyğun olaraq barıtla doldurulmuş oxlarla döyüş səhnələrini çəkərkən həyatını itirib. Oxlardan biri operatorun başına dəyərək onu zədələyib. Telereportyor xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Qeyd edək ki, […]

Sabahdan Bakıda məktəb seçiminə start verilir

Sabahdan Bakıda məktəb seçiminə start verilir

Ümumi təhsil müəssisələrinin tədris digər dildə aparılan bölməsi üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi ilə bağlı müsahibədə uğur qazanmış uşaqların mayın 1-dən I sinfə qəbul üçün məktəb seçiminə start veriləcək. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Sonxəbər.info-ya verilən məlumata görə, bunun üçün valideyn və ya qanuni nümayəndə şəxsi kabinetinə daxil olub məktəb və müəllim seçimini etdikdən sonra müvafiq […]

Tramp “Deutsche Bank”ı məhkəməyə verib

Tramp “Deutsche Bank”ı məhkəməyə verib

ABŞ Prezidenti Donald Tramp və onun ailə üzvləri “Deutsche Bank” və “Capital One” şirkətinə qarşı iddia qaldırıb. Bu barədə “NBC News” məlumat verib. Qeyd olunur ki, Tramp ailəsi maliyyə məlumatlarının Konqresə təqdim olunmasına qarşı çıxır. “Deutsche Bank” həmçinin ABŞ Nümayəndələr Palatasının komitələrindən D.Trampla bağlı məlumat istəyən təşkilatlar arasında olub. ABŞ Prezidentinin ailəsi məhkəmə yolu ilə bu […]

Ermənistan atəşkəs rejimini 22 dəfə pozub

Ermənistan atəşkəs rejimini 22 dəfə pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub. Müdafiə Nazirliyinin Mətbuat xidmətindən Sonxəbər.info-ya  bildirilib ki, Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində və adsız yüksəkliklərdə, Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu kəndində, Krasnoselsk […]

Fransada son 4 ayda 28 polis əməkdaşı intihar edib

Fransada son 4 ayda 28 polis əməkdaşı intihar edib

Fransada polis əməkdaşları arasında intihar hallarının kəskin artımı müşahidə edilir. Bu barədə  Türkiyə mətbuatı xəbər verir. Məlumata görə, son 4 ayda ölkədə 28 polis əməkdaşı intihar edib. Qeyd edilir ki, ötən il ölkədə ümumilikdə 35 asayiş keşikçisi özünü öldürüb. İntihar hallarının kəskin şəkildə çoxalması ölkənin müvafiq orqanlarının bu problemə diqqətini artırıb. Belə ki, Fransada polisin özünə qəsdinə qarşı mübarizə məqsədilə xüsusi […]

Sahibsiz heyvanların sağlamlığına nəzarət mexanizmi yaradılacaq

Sahibsiz heyvanların sağlamlığına nəzarət mexanizmi yaradılacaq

Azərbaycanda sahibsiz heyvanların sağlamlığına nəzarət mexanizmi yaradılacaq. Bu, “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nda əksini tapıb. Proqramda qeyd olunub ki, Qida Təhlükəsizliyi Agentliyi ilə yanaşı, Kənd Təsərrüfatı Nazirliyi, yerli icra hakimiyyəti orqanları, qeyri-hökumət təşkilatları nəzarət mexanizmi yaratma prosesini 2020-ci ilə qədər həyata keçirəcək.

Page 1 of 41123Next ›Last »