Aprel 2, 2019 | SON XƏBƏR | SON XƏBƏR

Home » 2019 » Aprel » 02

Prezident yeni icra başçısı təyin edib

Prezident yeni icra başçısı təyin edib

Prezident İlham Əliyev Siyam Hacıyevin Naxçıvan Muxtar Respublikasının Culfa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb. Sonxəbər.info  “Report”a istinadən  xəbər verir ki, sərəncamla Siyam Çərkəz oğlu Hacıyev Naxçıvan Muxtar Respublikasının Culfa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Zakir Həsənov: “Azərbaycan Ordusunun bütün uğurları yalnız islahatlar nəticəsində mümkün olub”

Zakir Həsənov: “Azərbaycan Ordusunun bütün uğurları yalnız islahatlar nəticəsində mümkün olub”

“Azərbaycan Ordusunun bütün şəxsi heyəti adından Sizə dərin minnətdarlığımızı bildiririk. Orduda keçirdiyiniz islahatlar ordunun döyüş qabiliyyətinin artırılmasına, nizam-intizamın güclənməsinə və şəxsi heyətin sosial bazasının yüksək səviyyədə təşkil olunmasına yönəlib”. Sonxəbər.info “Report”a istinadən  xəbər verir ki, bunu müdafiə naziri, general-polkovnik Zakir Həsənov aprelin 2-də Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin N saylı hərbi hissəsində keçirilən görüşdə şəxsi heyət adından ordu quruculuğuna göstərdiyi […]

Ali Baş Komandan: “Ordu quruculuğu baxımından Azərbaycan dünyanın güclü ölkələrindəndir”

Ali Baş Komandan: “Ordu quruculuğu baxımından Azərbaycan dünyanın güclü ölkələrindəndir”

“Ordu quruculuğu prosesinə start verildi. Bu gün ordu quruculuğu baxımından Azərbaycan dünyanın güclü ölkələrindəndir. Qeyd etdiyim kimi, sonuncu reytinqə əsasən Azərbaycan Ordusu dünya miqyasında öz potensialına görə 52-ci yerdədir. Ötən il keçirilmiş iki hərbi parad bizim hərbi qüdrətimizi göstərdi. Ordumuz üçün ən müasir silahlar, texnikalar alınır, ordumuzun döyüş qabiliyyəti artır. Aprel döyüşləri bunun bariz nümunəsidir. […]

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nzirliyinin Hidrometeoroloji Proqnozlar Bürosundan  verilən məlumata görə,  Bakıda və Abşeron yarımadasında aprelin 3-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə Abşeron yarımadasında 5-7, gündüz 9-13, […]

Aprel döyüşlərinin iştirakçıları: “Düşmənin əsgərləri silahı, texnikanı, postları və meyitlərini qoyub geri qaçırdılar”

Aprel döyüşlərinin iştirakçıları: “Düşmənin əsgərləri silahı, texnikanı, postları və meyitlərini qoyub geri qaçırdılar”

Bu gün aprel döyüşlərindən 3 il ötür. 2016-cı il aprelin 2-də Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq, Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradaraq, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad edib. Azərbaycan Ordusunun həmin döyüşlərin iştirakçısı olan hərbi qulluqçuları xatirələrini danışıblar. “O gün ermənilər Azərbaycan Ordusunun gücünə şahid oldu” […]

Dövlət Baytarlıq Xidməti: “Quş qripi”nə görə Azərbaycanda epizootik vəziyyət sabitdir

Dövlət Baytarlıq Xidməti: “Quş qripi”nə görə Azərbaycanda epizootik vəziyyət sabitdir

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının bu günlərdə verilən məlumatında bir sıra ölkələrdə (İslandiya, İraq, Nepal və s.), o cümlədən qonşu İranın Şərqi Azərbaycan vilayətində yüksək patogenli “quş qripi” xəstəliyinin H5N8 tipinin qeydə alındığı bildirilir. Kənd Təsərrüfatı Nazirliyindən  İdeologiya.az-a verilən məlumata görə, bununla əlaqədar Nazirlik yanında Dövlət Baytarlıq Xidməti (DBX) bildirir ki, qonşu ölkə ilə həmsərhəd rayonların […]

Prezident İlham Əliyev N saylı hərbi hissədə olub – FOTO – YENİLƏNİB-2

Prezident İlham Əliyev N saylı hərbi hissədə olub – FOTO – YENİLƏNİB-2

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev aprelin 2-də Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin N saylı hərbi hissəsində olub. Sonxəbər.info “Report”a istinadən xəbər verir ki, müdafiə naziri, general-polkovnik Zakir Həsənovvə müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov Ali Baş Komandan İlham Əliyevə raport veriblər. Dövlət başçısı əvvəlcə burada […]

Özəlləşdiriləcək dövlət əmlakının vergi borclarının silinməsini nəzərdə tutan qanunun tətbiqinə başlanılıb

Özəlləşdiriləcək dövlət əmlakının vergi borclarının silinməsini nəzərdə tutan qanunun tətbiqinə başlanılıb

Prezident İlham Əliyev “Özəlləşdiriləcək dövlət əmlakının (müəssisələrinin) 2019-cu il 1 mart tarixinə mövcud olan əmlak və torpaq vergiləri üzrə borclarının tənzimlənməsi haqqında” qanunun tətbiq edilməsi barədə fərman imzalayıb. “Report”un məlumatına görə, fərmanla Nazirlər Kabinetinə qanunların və Prezidentin aktlarının bu qanununa uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Prezidentə təqdim etmək tapşırığı verilib. Ədliyyə Nazirliyinə də müvafiq tapşırıq […]

XİN Kəlbəcərin işğalı və aprel döyüşlərinin ildönümü ilə əlaqədar bəyanat yayıb

XİN Kəlbəcərin işğalı və aprel döyüşlərinin ildönümü ilə əlaqədar bəyanat yayıb

Xarici İşlər Nazirliyi Azərbaycanın Kəlbəcər rayonunun işğalı və 2016-cı ilin aprel döyüşlərinin ildönümü ilə əlaqədar bəyanat yayıb. XİN-in mətbuat xidmətindən  daxil olan bəyanatda deyilir: “1993-cü il aprelin 2-də Azərbaycanın Kəlbəcər rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin xaricində yerləşən Kəlbəcərin işğalı üçün hücum əməliyyatı əsasən Ermənistan ərazisindən həyata keçirilib və işğal zamanı […]

Azərbaycan millisinin futbolçusu: “Beşiktaş” və “Fənərbağça”dan təklif almışdım”

Azərbaycan millisinin futbolçusu: “Beşiktaş” və “Fənərbağça”dan təklif almışdım”

Türkiyənin I Liqasında çıxış edən “Giresunspor”un formasını geyinən Ozan Can Kökçü Azərbaycan millisini seçməsinin səbəbini açıqlayıb. Sonxəbər.info “Report”a istinadən  xəbər verir ki, “Radyospor”un qonağı olan 21 yaşlı yarımmüdafiəçi Türkiyə Futbol Federasiyası ilə problem yaşadığı dövrdə AFFA-dan gələn təklifi müsbət dəyərləndirdiyini bildirib. “İki ildir ki, Türkiyədəyəm. Mən və qardaşım türk dilini yaxşı bilirik. Evimizdə türkçə danışırıq. […]

Page 1 of 212