Aprel 3, 2019 | SON XƏBƏR | SON XƏBƏR

Home » 2019 » Aprel » 03

Prezident keçmiş naziri rektor təyin edib – TƏRCÜMEYİ-HAL

Prezident keçmiş naziri rektor təyin edib – TƏRCÜMEYİ-HAL

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Prezident İlham Əliyev Heydər Əsədovun Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru təyin edilməsi haqqında sərəncam imzalayıb. “Report”un məlumatına görə, sərəncamla Heydər Xanış oğlu Əsədov Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru təyin edilib. Qeyd edək ki, H.Əsədov 1959-cu il oktyabrın 24-də anadan olub. 1978-ci ildə Bakı Sovet Ticarəti Texnikumunun mühasibat uçotu fakültəsini, 1983-cü ildə isə D.Bünyadzadə adına […]

Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb

Aprelin 4-nə gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 6-8, gündüz 11-15, Bakıda gecə 6-8, gündüz 13-15 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi normadan yüksək […]

Prezident İlham Əliyev Bakı-Tbilisi-Qars dəmir yolu xəttində hərəkət edəcək sərnişin qatarı ilə tanış olub

Prezident İlham Əliyev Bakı-Tbilisi-Qars dəmir yolu xəttində hərəkət edəcək sərnişin qatarı ilə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 3-də Bakı-Tbilisi-Qars dəmir yolu xəttində hərəkət edəcək sərnişin qatarı ilə tanış olub. “Report”un xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.  

Rusiya və Ermənistanın dini liderləri Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər

Rusiya və Ermənistanın dini liderləri Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər

Rusiya Pravoslav Kilsəsinin (RPK) rəhbəri Moskva və bütün Rusiyanın patriarxı Kirill bütün ermənilərin katolikosu II Qaregin ilə Dağlıq Qarabağmünaqişəsinin tənzimlənməsi məsələsini müzakirə edib. Məlumatı patriarxlığının mətbuat xidməti yayıb. Erməni katolikosu Dağlıq Qarabağ münaqişəsinin yalnız sülh yolu ilə həlli regionda sülh və sabitliyin qorunması üçün vacibdir: “Problemin həlli üçün ən vacib məsələ sülhə aparan ab-havanın yaradılması, eyni […]

Milli Məclis “Banklar haqqında” qanuna dəyişiklik layihəsini yenidən müzakirəyə çıxarır

Milli Məclis “Banklar haqqında” qanuna dəyişiklik layihəsini yenidən müzakirəyə çıxarır

Milli Məclisin aprelin 9-da keçiriləcək plenar iclasında “Banklar haqqında” qanuna dəyişiklik layihəsi də müzakirəyə çıxarılacaq. Sonxəbər.info “Report”a istinadən  xəbər verir ki, qanunun 36-cı (Banklarla onların müştəriləri arasında münasibətlər) maddəsinə dəyişiklik edilməsi nəzərdə tutulur. Maddəyə edilən əlavəyə əsasən, bankların müştərilərlə bağladığı kredit müqavilələri üzrə faiz dərəcələrinin, komisyon haqların və göstərilən bank xidmətləri üçün digər ödənişlərin yuxarı […]

“Neftçi” klubu paralimpiya çempionunun həqiqəti əks etdirməyən fikirləri ilə əlaqədar bəyanat yayıb

“Neftçi” klubu paralimpiya çempionunun həqiqəti əks etdirməyən fikirləri ilə əlaqədar bəyanat yayıb

“Neftçi İdman Klubu” 2012-ci il London Yay Paralimpiya Oyunlarının qalibi Ramin İbrahimovun səsləndirdiyi ittihamlarla əlaqədar bəyanat yayıb. Rəsmi açıqlamada sabiq para-cüdoçunun müsahibəsindəki fikirlərin böyük təəccüb və təəssüf hissi ilə qarşılandığı vurğulanıb. İbrahimov məşqçi işləmək üçün sənədlərini verdiyini, ancaq üç ildir gözləsə də, indiyə qədər işə düzələ bilmədiyini söyləyib. “Neftçi” isə bəyan edib ki, keçmiş para-cüdoçunun indiyədək qazandığı titullarda, eləcə də onun paralimpiya […]

 Nikol Paşinyan Milli Təhlükəsizlik Xidməti direktorunun anasını işdən çıxarıb

 Nikol Paşinyan Milli Təhlükəsizlik Xidməti direktorunun anasını işdən çıxarıb

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyanın anası Marqarit Azaryanı işdən çıxarıb. Sonxəbər.info “Report”a istinadən xəbər verir ki, M.Azaryan hökumətin kadrlar idarəsinin rəisi və Baş nazir Administrasiyası heyətinin rəisi vəzifəsini tuturdu. M.Azaryan bu vəzifəyə 2018-ci ilin iyununda Nikol Paşinyan tərəfindən təyin edilmişdi. Hökumət başçısının başqa bir sərəncamına əsasən, Baş nazir Administrasiyası protokol idarəsinin məsul şəxsi Aleksandr Mxitaryan […]

Oqtay Şirəliyev gənclərin səhiyyə sahəsində könüllü fəaliyyətə cəlb ediləsi barədə əmr imzalayıb

Oqtay Şirəliyev gənclərin səhiyyə sahəsində könüllü fəaliyyətə cəlb ediləsi barədə əmr imzalayıb

 Səhiyyə naziri Oqtay Şirəliyev Səhiyyə naziri Oqtay Şirəliyev “Gənclərin səhiyyə sahəsində könüllü fəaliyyətə cəlb edilməsi barədə” əmr imzalayıb. Sonxəbər.info “Report”a istinadən  xəbər verir ki, əmrə əsasən, nazirlikdə könüllü fəaliyyəti təşkil olunacaq. Əmrdə bildirilib ki, könüllü fəaliyyətə cəlb olunan gənclərlə sistemli işin təşkili məqsədilə könüllülərlə iş üzrə koordinatorlar təyin ediləcək. Səhiyyə Nazirliyinin Aparatında, Bakı Şəhər Baş Səhiyyə İdarəsində və Azərbaycan […]

Azərbaycan MN: Düşmən atəşkəs rejimini 22 dəfə pozub

Azərbaycan MN: Düşmən atəşkəs rejimini 22 dəfə pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı, Quşçu Ayrım kəndlərində, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi, Ağbulaq kəndlərində, Krasnoselsk rayonu […]

Bakının mərkəzində binalardan birində yanğın baş verib

Bakının mərkəzində binalardan birində yanğın baş verib

Bakının mərkəzində binalardan birində yanğın baş verib. Yanğın Bəşir Səfəroğlu küçəsində yerləşən binalardan birində baş verib. “Report”