Aprel 4, 2019 | SON XƏBƏR | SON XƏBƏR

Home » 2019 » Aprel » 04

 “Prezidentin məhkəmə-hüquq islahatları ilə bağlı fərmanı şəffaflığı təmin edəcək” – RƏYLƏR

 “Prezidentin məhkəmə-hüquq islahatları ilə bağlı fərmanı şəffaflığı təmin edəcək” – RƏYLƏR

“Prezident İlham Əliyevin imzaladığı “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” fərmanı tarixi sənəddir. Bu, ilk belə qərar deyil, ölkə rəhbərliyi zaman-zaman belə addımlar atıb”. Bunu “Report”a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Məlahət İbrahimqızı deyib. O xatırladıb ki, 2000-ci illərin əvvəllərində hələ məhkəmə-hüquq sistemində islahatlara start verilib: “İslahatlar hər şeyin birdən-birə həyata keçirilməsi demək deyil, bu, tədricən […]

 Sabah Azərbaycanda 22 dərəcə isti olacaq

 Sabah Azərbaycanda 22 dərəcə isti olacaq

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Sonxəbər.info-ya  verilən məlumata görə, aprelin 5-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 7-9, gündüz 13-16, Bakıda gecə 7-9, gündüz 14-16 […]

Laçınlılara məxsus heyvanlar arasında peyvəndləmə işləri görülür

Laçınlılara məxsus heyvanlar arasında peyvəndləmə işləri görülür

Laçınlılara məxsus təsərrüfatlarda heyvanlar arasında “Epizootiya əleyhinə profilaktik və diaqnostika tədbirlər planı”na uyğun xüsusi təhlükəli xəstəliklərə qarşı profilaktik peyvəndləmə, diaqnostik müayinə, dezinfeksiya və digər tədbirlərə start verilib. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətindən (DBX)  Sonxəbər.info-ya verilən məlumata görə, hazırda Ağcabədi rayonun Taxtakörpü qəsəbəsində (Laçın rayonundan köçkün salınan heyvandarlıqla məşğul olan insanların əksəriyyəti bu qəsəbədə yerləşib) […]

Gənc qadını öldürüb qaçan “Kamaz” sürücüsü həbs olunub – RƏSMİ

Gənc qadını öldürüb qaçan “Kamaz” sürücüsü həbs olunub – RƏSMİ

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi (DİN) Bakıda ölümlə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb.  İdeologiya.az-a daxil olan birgə məlumatda deyilir: “Polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində paytaxtın Qaradağ rayonu ərazisində yol nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq insan ölümünə səbəb olan və hadisə yerindən qaçan sürücü müəyyən edilərək […]

Məhkəmə-Hüquq Şurasına yeni üzv təyin olunub

Məhkəmə-Hüquq Şurasına yeni üzv təyin olunub

Vəkillər Kollegiyasının sədri Anar Bağırov Azərbaycan Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırov Məhkəmə-Hüquq Şurasının üzvü təyin olunub. Bu barədə qərar VK-nın Rəyasət Heyətinin aprelin 1-də keçirilən iclasında qəbul olunub. Belə ki, Rəyasət Heyəti, Kollegiyanın sədri A.Bağırovun Məhkəmə-Hüquq Şurasının üzvü təyin olunması barədə qərar qəbul edib. Həmin qərar aprelin 2-də Məhkəmə-Hüquq Şurasına göndərilib. A.Bağırov bu vəzifədə Mərkəzi Seçki Komissiyasının üzvü, Vəkillər Kollegiyasının […]

“Diqlas”dakı sahibkarlara ödənilən maddi yardımın məbləği açıqlanıb

“Diqlas”dakı sahibkarlara ödənilən maddi yardımın məbləği açıqlanıb

İqtisadiyyat Nazirliyinin Kollegiyası “Bakı şəhərinin Nizami rayonundakı ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərər çəkmiş sahibkarlara maddi yardım göstərilməsi Qaydası”nı təsdiqləyib. Qaydaya əsasən, iş adamlarına maddi yarım nazirliyin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən, plastik kartla ödəniləcək. Ticarət mərkəzində mağaza və anbar icarəyə götürmüş sahibkarlar 10 min manat, piştaxta və digər sahələr icarəyə götürmüş sahibkarlar isə 2 min manat yardım […]

Konor Makqreqor karyerasını bərpa edib

Konor Makqreqor karyerasını bərpa edib

Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəki üzrə sabiq çempionu Konor Makqreqor karyerasını bərpa edib. İdeologiya.az “Report”a istinadən  xəbər verir ki, 31 yaşlı irlandiyalı döyüşçü bu barədə “Twitter” hesabında yazıb. 9 gün əvvəl karyerasını başa vurduğunu açıqlayan idmançı fikrini dəyişib. Qeyd edək ki, Makqreqor indiyə qədər keçirdiyi 25 döyüşdən 21-də qalib gəlib. O, sonuncu dəfə ötən […]

Türkiyədə avtobus aşıb, 2 nəfər ölüb, 22 nəfər yaralanıb

Türkiyədə avtobus aşıb, 2 nəfər ölüb, 22 nəfər yaralanıb

Türkiyənin Dənizli əyalətinin Kaza Çardak rayonunda sərnişin avtobusunun aşması nəticəsində 2 nəfər ölüb, 22 nəfər yaralanıb. Sonxəbər.info “Report”a istinadən xəbər verir ki, ölənlərdən biri avtobusun sürücüsüdür. Avtobus Konyadan Aydın əyalətinin Kuşadasına sərnişin daşıyan özəl şirkətə məxsusdur. Ölənlərin sayının artacağı istisna edilmir.

Ermənistan atəşkəs rejimini 25 dəfə pozub

Ermənistan atəşkəs rejimini 25 dəfə pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 25 dəfə pozub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən  bildirilib ki, Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan, Voskevan kəndlərində və adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber, Paravakar kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Qaymaqlı, Quşçu Ayrım, Qızılhacılı kəndlərində və adsız yüksəkliklərdə […]

Prezidentin göstərişi ilə Türkiyəyə göndərilən Ağsu sakini iki dəfə əməliyyat olunub

Prezidentin göstərişi ilə Türkiyəyə göndərilən Ağsu sakini iki dəfə əməliyyat olunub

Prezident İlham Əliyevin göstərişi ilə müalicə olunmaq üçün Türkiyəyə göndərilən Ağsu şəhər sakini, 1990-cı il təvəllüdlü Zaman Muradov Heydər Əliyev Fondunun dəstəyilə İstanbul şəhərindəki “Liv Hospital”da gözlərindən iki dəfə əməliyyat olunub. Bu barədə “Report”a Zaman Muradov özü məlumat verib. O, bu gün səhər saatlarında Bakıya qayıtdığını bildirib: “Gözlərimdən iki dəfə əməliyyat olundum. Doğrudur, ağır əməliyyat keçdi. Amma şükürlər olsun ki, […]

Page 1 of 212