Aprel 9, 2019 | SON XƏBƏR | SON XƏBƏR

Home » 2019 » Aprel » 09

 “Formula 1”də pilotları müşayiət edəcək uşaqlar üçün təlim keçirilib

 “Formula 1”də pilotları müşayiət edəcək uşaqlar üçün təlim keçirilib

 Azərbaycan Avtomobil Federasiyası (AAF) və Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) 2019-cu il Azərbaycan Qran-prisində pilotları müşayiət edəcək uşaqlar – “Gələcəyin Ulduzları” layihəsinin iştirakçıları üçün təlim keçirib. Sonxəbər.info “Report”a istinadən  xəbər verir ki, tədbirdə AAF-ın ümumtəhsil məktəblərində mütəmadi olaraq keçirdiyi layihələr barədə, yol təhlükəsizliyi qaydaları haqqında məlumat verilib. Eyni zamanda “Formula 1” üzrə dünya çempionatı […]

Ali Məhkəmədə prodüser Təranə Səmədovanın işi üzrə iclas başlayıb

Ali Məhkəmədə prodüser Təranə Səmədovanın işi üzrə iclas başlayıb

 Ali Məhkəmədə iki qadını fahişəliyə cəlb etməkdə təqsirləndirilən tanınmış prodüser Təranə Səmədova barəsində olan hökmdən kassasiya şikayəti üzrə məhkəmə iclası başlayıb. Hakim Fərhad Kərimovun sədrliyi ilə keçirilən prosesdə T.Səmədovanın vəkili çıxış edib. O, müvəkkilinin barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Proses mayın 7-dək təxirə salınıb. Həmin gün qərar elan olunacaq. Qeyd edək ki, T.Səmədovanın barəsində Daxili İşlər Nazirliyinin İnsan Alveri üzrə […]

Ağacəkmə aksiyaları zamanı Bakıda 3050, rayonlarda 21770 ağac əkilib

Ağacəkmə aksiyaları zamanı Bakıda 3050, rayonlarda 21770 ağac əkilib

Azərbaycanın 10 milyonuncu sakininin dünyaya gəlməsi münasibətilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və rayon icra hakimiyyətlərinin əməkdaşları, ictimaiyyət nümayəndələrinin iştirakı ilə respublika ərazisində keçirilən kütləvi ağacəkmə aksiyaları zamanı paytaxtın inzibati rayonlarında ümumilikdə 3050, regionlarda isə meşə və qeyri-meşə fondu torpaqlarında yerli şəraitə uyğun 21770 ədəd müxtəlif cinsli ağac əkilib. Bu barədə Sonxəbər.info-ya nazirliyin mətbuat xidmətindən məlumat verilib. Qeyd edək ki, əkilən […]

Heydər Əliyev Sarayında məşhur pianoçu Denis Matsuyevin konserti olub

Heydər Əliyev Sarayında məşhur pianoçu Denis Matsuyevin konserti olub

Aprelin 8-də Heydər Əliyev Sarayında dünyaca məşhur virtuoz pianoçu, Rusiyanın xalq artisti, UNESCO-nun xoşməramlı səfiri Denis Matsuyevkonsert proqramı ilə çıxış edib. Sonxəbər.info “Report”a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva konsertdə olublar. Konsertdə Denis Matsuyev L.Bethovenin fortepiano üçün “17 nömrəli Sonata”sını, S.Raxmaninovun fortepiano üçün Korelli mövzusunda variasiyalarını, F.Şopenin “4 nömrəli Ballada”sını, P.Çaykovskinin […]

Müdafiə Nazirliyi: Ermənistan müdafiə nazirinin beynəlxalq terrorçu kimi çıxış etməsi anormal düşüncəli şəxsin sayıqlamasıdır

Müdafiə Nazirliyi: Ermənistan müdafiə nazirinin beynəlxalq terrorçu kimi çıxış etməsi anormal düşüncəli şəxsin sayıqlamasıdır

“Ermənistan müdafiə nazirinin səsləndirdiyi növbəti sərsəm fikirlər heç bir normal məntiqə sığmayan, anormal düşüncəli şəxsin sayıqlamasına bənzəyir”. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı Ermənistanın müdafiə naziri David Tonoyanın guya Azərbaycan ərazisində xaos yaratmaq məqsədilə düşmən tərəfinin kəşfiyyat bölmələrinin fəallaşması ilə bağlı dediyi fikirləri şərh edərkən bildirib. “Ermənistan hakimiyyətini təmsil edən bu şəxsin beynəlxalq terrorçulara bənzər tərzdə çıxış etməsi, bu məntiqlə […]

Ermənistan silahlı bölmələri atəşkəsi 26 dəfə pozub

Ermənistan silahlı bölmələri atəşkəsi 26 dəfə pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan, qumbaraatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 26 dəfə pozub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən  Sonxəbər.info-ya verilən məlumaata görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım kəndində, Krasnoselsk rayonunun Cil kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Qaravəlilər, Göyəli, Zamanlı kəndlərində və adsız […]