Aprel 14, 2019 | SON XƏBƏR | SON XƏBƏR

Home » 2019 » Aprel » 14

Liviyada hərbi əməliyyatlarda ölənlərin sayı 121 nəfərə çatıb

Liviyada hərbi əməliyyatlarda ölənlərin sayı 121 nəfərə çatıb

Liviyada hərbi əməliyyatlarda ölənlərin sayı 121 nəfərə çatıb. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının “Twitter” səhifəsi məlumat yayıb. Məlumata görə, hərbi əməliyyatlar zamanı həmçinin daha 561 nəfər yaralanıb. Qeyd edək ki, marşal Xəlifə Haftar aprelin 4-də paytaxt Tripolini ələ keçirmək barədə əmr verib. Hərbi əməliyyatlar artıq 10 gündür davam edir. Daha əvvəl toqquşmalar zamanı 51 nəfərin həlak olduğu bildirilirdi. Qeyd edək […]

“Facebook”a məxsus “Instagram”, “Whatsapp” və “Messenger”in işində problem yaranıb

“Facebook”a məxsus “Instagram”, “Whatsapp” və “Messenger”in işində problem yaranıb

“Facebook”a məxsus sosial şəbəkələrdə, o cümlədən “Instagram”, “Whatsapp” və “Messenger” proqramlarının işində problem yaranıb. Sonxəbər.info  “Report”a istinadən  xəbər verir ki, bu barədə sosial şəbəkələrin və veb səhifələrin işini müşahidə edən “DownDetector.com” məlumat yayıb. Sosial şəbəkə istifadəçiləri xüsusən xəbər lentində, yazışmalarda problemlərin olmasından şikayət edirlər. Problemlər Azərbaycanla yanaşı, ABŞ, Yunanıstan, Britaniya, İspaniya və digər ölkələrdə müşahidə olunur.

Azərbaycan məktəbliləri beynəlxalq müsabiqədə qalib gəliblər – FOTO

Azərbaycan məktəbliləri beynəlxalq müsabiqədə qalib gəliblər – FOTO

Azərbaycan məktəbliləri beynəlxalq müsabiqədə qalib gəliblər. Qazaxıstanın Almatı şəhərində keçirilən 17-ci “International Computer Project Olympiada-2019″ (InfoMatrix) beynəlxalq layihə müsabiqəsində ölkəmizi təmsil edən məktəblilər 2 bürünc medal qazanıblar. Bürünc medal sahibləri Bakı şəhəri, Xalid Quliyev adına 62 saylı məktəb-liseyin VIII sinif sagirdi Yusif Eyvazlı və X sinif şagirdi Nicat Dəmirçiyevdir. “Chemistry pal” adlı layihənin məqsədi şagirdlərin kimya fənninə olan marağını […]

Azərbaycanın daha bir samboçusu Avropa çempionatında medal qazanıb

Azərbaycanın daha bir samboçusu Avropa çempionatında medal qazanıb

Azərbaycanın daha bir samboçusu Kiprin Limasol şəhərində yeniyetmə və gənclər arasında keçirilən Avropa çempionatında bürünc medal qazanıb. 87 kq-dan yuxarı çəki dərəcəsində yer alan Toğrul Salmanov fəxri kürsüyə yüksəlib. 18 yaşlı idmançı yeniyetmələrin mübarizəsində fərqlənib. Qeyd edək ki, daha əvvəl Vilayət Bayramov gənclərin yarışında 62 kq çəkidə bürünc medala sahib olub. “Report”

Ağcabədidə Milli Qəhrəmanın büstünün açılışı olub – FOTO

Ağcabədidə Milli Qəhrəmanın büstünün açılışı olub – FOTO

Ağcabədi rayonunun Xocavənd kəndində Azərbaycanın Milli Qəhrəmanı, şəhid Sadıq Hüseynovun büstünün açılışı olub. Şəhidin ailə üzvlərinin, döyüş yoldaşlarının, rayon ictimaiyyəti nümayəndələrinin iştirak etdiyi mərasimdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra tədbir iştirakçıları Milli Qəhrəmanın büstü önünə əklil və tər qərənfillər […]

Ölkə ərazisində aprelin 15-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ölkə ərazisində aprelin 15-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Sonxəbər.info-ya bildirilib ki, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, yağmursuz olacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 9-12°, gündüz 16-21° isti təşkil edəcək. Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə şimşək […]

Lənkəranda zəlzələ olub

Lənkəranda zəlzələ olub

Lənkəranda zəlzələ olub. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir. Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 03.16-da Lənkəran stansiyasından 19 km şimal-qərbdə, Lənkəran ərazisində qeydə alınıb. Zəlzələ episentrda və yaxın rayonlarda 3 bala qədər hiss olunub.

Qar uçqununda həlak olan hərbçinin nəşi Qazaxa aparılıb

Qar uçqununda həlak olan hərbçinin nəşi Qazaxa aparılıb

Müdafiə Nazirliyinin qar uçqununa düşərək həlak olan hərbi qulluqçularından birinin nəşi doğulduğu Qazax rayonuna aparılıb. Ötən ay Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmətdə olan Azərbaycan Ordusunun iki hərbi qulluqçusu – gizir Abdullayev Hafiz Məhəd oğluvə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məmmədov Fərrux Fərman oğlu mövqe istiqamətində hərəkət edərkən qar uçqununa düşüblər. Aparılan axtarışlar nəticəsində onlardan […]

DİM: Bu gün 28919 şagird imtahan verəcək

DİM: Bu gün 28919 şagird imtahan verəcək

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün 27 şəhər və rayonda ümumtəhsil müəssisələrinin 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı keçirir. Ümumilikdə 28919 şagirdin imtahan verəcəyi nəzərdə tutulur. İmtahan saat 11:00-da başlayıb. İmtahanda iştirak edən şagirdlər “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə aprelin 8-dən etibarən çap edib götürə biliblər. Buraxılış vərəqəsi ilə yanaşı, onlara “Yaddaş kitabçası” da təqdim olunub. […]

Pele Braziliyada uğurla əməliyyat olunub

Pele Braziliyada uğurla əməliyyat olunub

Futbol kralı Pelenin sidik kisəsindən daşın götürülməsi üzrə əməliyyat uğurla tamamlanıb. Vətəni Braziliyada əməliyyat olunan 78 yaşlı əfsanəvi futbolçunun həyatına təhlükə yoxdur. Onun ümumi vəziyyəti yaxşı qiymətləndirilir. Pelenin səhhətində problemlər ötən həftə Fransaya səfəri zamanı başlayıb. Braziliyalı sabiq hücumçu Parisdə PSJ-nin forvardı Kilian Mbappe ilə görüşüb. Aprelin 2-də axşam isə o, qaldığı oteldən təcili xəstəxanaya çatdırılıb. Parisdən vətəninə qayıtdıqdan […]

Page 1 of 212