Aprel 15, 2019 | SON XƏBƏR | SON XƏBƏR

Home » 2019 » Aprel » 15

Azərbaycanda problemli kreditlərin həlli ilə bağlı Apellyasiya Komissiyası fəaliyyətə başlayır

Azərbaycanda problemli kreditlərin həlli ilə bağlı Apellyasiya Komissiyası fəaliyyətə başlayır

Azərbaycanda problemli kreditlərin həlli ilə bağlı Maliyyə Bazarlarına Nəzarət Palatasında yaradılmış Apellyasiya Komissiyası yaxın günlərdə fəaliyyətə başlayacaq. Məlumata görə, Komissiya sözügedən məsələ ilə bağlı Prezident İlham Əliyevin fevralın 28-də imzaladığı fərmanın əhatə dairəsinə düşməyən vətəndaşların şikayətlərini araşdıracaq. Həmin şəxslərin müraciətləri onlayn rejimdə qəbul ediləcək və hər müraciətə 14 iş gün müddətində baxılıb cavab verilməsi nəzərdə tutulub. Apellyasiya Komissiyası ilə […]

Prezident vəkilliyə imtahanla bağlı məhdudiyyətin aradan qaldırılmasını nəzərdə tutan qanunu imzalayıb

Prezident vəkilliyə imtahanla bağlı məhdudiyyətin aradan qaldırılmasını nəzərdə tutan qanunu imzalayıb

Prezident İlham Əliyev “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanununda dəyişiklik edilməsi barədə qanunu imzalayıb. Sonxəbər.info “Report”a istinadən  xəbər verir ki, sənədə əsasən, vəkil olmaq istəyən şəxslər yazılı test imtahanında müvəffəqiyyət qazanmadıqda həmin şəxslərə yenidən ixtisas imtahanında iştirak etmək imkanı veriləcək. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunun 13-cü (Vəkillərin İxtisas Komissiyası) maddəsinin VIII hissəsinə əsasən, ixtisas imtahanını verə bilməyən […]

Ebru Gündeşi Bakıya gətirmək adı ilə dələduzluq edən müğənninin şikayəti əsasında məhkəmə başlayıb

Ebru Gündeşi Bakıya gətirmək adı ilə dələduzluq edən müğənninin şikayəti əsasında məhkəmə başlayıb

Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən “Velizadə prodakşn”ın rəhbəri Tural Vəlizadənin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb. Hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin növbəti iclası aprelin 26-na təyin edilib. Qeyd edək ki, “Velizadə prodakşın”ın rəhbəri T.Vəlizadə dörd nəfərə qarşı dələduzluq etməkdə ittiham olunur. Belə ki, o, azərbaycanlı iş adamlarına […]

Azərbaycan, Ermənistan, Rusiya XİN başçıları ilə Minsk qrupu həmsədrlərinin görüşü başa çatıb – YENİLƏNİB

Azərbaycan, Ermənistan, Rusiya XİN başçıları ilə Minsk qrupu həmsədrlərinin görüşü başa çatıb – YENİLƏNİB

Azərbaycan, Ermənistan, Rusiya XİN başçıları ilə Minsk qrupu həmsədrlərinin Moskva görüşü başa çatıb. Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin və ATƏT-in Minsk qrupu həmsədrlərinin Azərbaycan, Ermənistan və Rusiya XİN başçıları Elmar Məmmədyarov, Zöhrab Mnatsakanyan və Sergey Lavrovun görüşü və həmsədrlərin iştirakı ilə davam etdirilən danışıqların yekunları ilə bağlı birgə bəyanat yayacağı gözlənilir. *** 14:05 Moskvada Azərbaycan, Ermənistan və Rusiya XİN […]

Əli Həsənov: “Apteklərdə psixotrop dərmanların qanunsuz satışının qarşısı tam alınıb”

Əli Həsənov: “Apteklərdə psixotrop dərmanların qanunsuz satışının qarşısı tam alınıb”

“Hazırda Azərbaycanda fəaliyyət göstərən apteklərdə psixotrop tərkibli dərman vasitələrinin qanunsuz satışına rast gəlinmir”. Sonxəbər.info “Report”a istinadən  xəbər verir ki, bunu baş nazirin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov deyib. O qeyd edib ki, əvvəllər belə hal qeydə alınsa da, hazırda belə faktlar qəti şəkildə yoxdur.

“Səbail”in yarımmüdafiəçisi Premyer Liqada qol vuran ən gənc futbolçu olub

“Səbail”in yarımmüdafiəçisi Premyer Liqada qol vuran ən gənc futbolçu olub

“Səbail”in yarımmüdafiəçisi Ədilxan Qarəhmədov cari mövsüm Azərbaycan Premyer Liqasında qol vuran ən gənc futbolçu olub. Sonxəbər.info “Report”a istinadən xəbər verir ki, XXIV turda “Neftçi” ilə matçda (2:2) fərqlənən oyunçu 17 yaş 313 günlüyündə qol sevinci yaşayıb. 2001-ci il iyunun 5-də anadan olan gənc oyunçu mövsümün rekordunu 2 il 79 gün yeniləyib. Bu matçadək rekord 20 yaş 27 günlüyündə […]

Moskvada Qarabağ atları ilə bağlı sərgi keçiriləcək

Moskvada Qarabağ atları ilə bağlı sərgi keçiriləcək

Aprelin 26-da Rusiyanın paytaxtı Moskva şəhərində Qarabağ atları ilə bağlı sərgi keçiriləcək. “Günəş və işıq atları. Dirçəliş” adı altında baş tutacaq tədbirin müəllifi latviyalı rəssam Daçe Ştrausdur. Sərgi Moskvanın Kuncovo rayonunda yerləşən “Vegas” Ticarət və Əyləncə Mərkəzində keçiriləcək və hər kəsin ziyarətinə açıqdır. “Report”

Moskvada Qarabağ danışıqları – FOTOREPORTAJ

Moskvada Qarabağ danışıqları – FOTOREPORTAJ

Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov ilə Zöhrab Mnatsakanyan arasında görüş başlayıb. Görüş Rusiya Xarici İşlər Nazirliyinin iqamətgahında keçirilir. Görüşdə ATƏT-in Minsk qrupunun həmsədr ölkəsinin xarici işlər naziri kimi, Rusiyanın XİN başçısı Sergey Lavrov da iştirak edir. Nazirlər Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsini müzakirə edirlər. “Report”

Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb

Aprelin 16-na gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Cənub-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 9-13, gündüz 15-19, Bakıda gecə 11-13, gündüz 17-19 […]

Moskvada Sergey Lavrovun iştirakı ilə Azərbaycan və Ermənistan XİN başçılarının görüşü başlayıb

Moskvada Sergey Lavrovun iştirakı ilə Azərbaycan və Ermənistan XİN başçılarının görüşü başlayıb

Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov ilə Zöhrab Mnatsakanyan arasında görüş başlayıb. “Reprot”un Rusiya bürosunun məlumatına görə, görüş Rusiya Xarici İşlər Nazirliyinin iqamətgahında keçirilir. Görüşdə ATƏT-in Minsk qrupunun həmsədr ölkəsinin xarici işlər naziri kimi, Rusiyanın XİN başçısı Sergey Lavrov da iştirak edir. İqbal Rüstəmov

Page 1 of 212