ABŞ-ın keçmiş vitse-prezidenti prezidentliyə namizədliyini irəli sürəcək | SON XƏBƏR | SON XƏBƏR

ABŞ-ın keçmiş vitse-prezidenti prezidentliyə namizədliyini irəli sürəcək

ABŞ-ın keçmiş vitse-prezidenti Cozef Bayden 2020-ci ildə keçiriləcək prezident seçkisində namizədliyini irəli sürəcək.

“Report” TASS-a istinadən xəbər verir ki, o, bunu “Twitter” səhifəsində yazıb.

C.Bayden ABŞ Prezidenti Barak Obamanın hakimiyyəti illərində ölkənin ikinci şəxsi olub.

Qeyd edək ki, C.Bayden 2009-cu il yanvarın 20-dən 2017-ci il yanvarın 20-dək ABŞ-ın 47-ci vitse-prezident olub. Demokratlar Partiyasından olan keçmiş vitse-prezident 1942-ci il noyabrın 20-də ABŞ-ın Pensilvaniya ştatının Skranton şəhərində anadan olub.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>