AFFA Region Liqasında şübhəli oyun aşkarlanıb | SON XƏBƏR | SON XƏBƏR

AFFA Region Liqasında şübhəli oyun aşkarlanıb

Region Liqasında “Füzuli” və “FC Baku” komandaları arasında keçirilmiş oyunun nəticəsinin manipulyasiyası şübhəsi ilə AFFA-ya məlumat daxil olub.

Bu barədə milli assosiasiyanın rəsmi açıqlamasında bildirilir.  Aprelin 6-da keçirilmiş qarşılaşma "FC Baku"nun qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu ilk hissədə Emin Mustafayev penaltidən vurub. Paytaxtdakı matçda 1:1 hesablı heç-heçə qeydə alındığı üçün iki oyunun yekununda "Füzuli" mübarizəni dayandırıb.

AFFA Region Liqasının İşçi Qrupu daxil olmuş məlumatı araşdırmaq üçün "FC Baku"nun Qusar "Şahdağ"ı ilə aprelin 22-də nəzərdə tutulan yarımfinal görüşünü qeyri-müəyyən müddətə təxirə salıb.

Qeyd edək ki, digər yarımfinal matçı "Uğur" (Sumqayıt) və "Araz Naxçıvan" komandaları arasında keçiriləcək.

"Report"


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>