Ali Məhkəmədə prodüser Təranə Səmədovanın işi üzrə iclas başlayıb | SON XƏBƏR | SON XƏBƏR

Ali Məhkəmədə prodüser Təranə Səmədovanın işi üzrə iclas başlayıb

Ali Məhkəmədə prodüser Təranə Səmədovanın işi üzrə iclas başlayıb

 Ali Məhkəmədə iki qadını fahişəliyə cəlb etməkdə təqsirləndirilən tanınmış prodüser Təranə Səmədova barəsində olan hökmdən kassasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

Hakim Fərhad Kərimovun sədrliyi ilə keçirilən prosesdə T.Səmədovanın vəkili çıxış edib.

O, müvəkkilinin barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Proses mayın 7-dək təxirə salınıb. Həmin gün qərar elan olunacaq.

Qeyd edək ki, T.Səmədovanın barəsində Daxili İşlər Nazirliyinin İnsan Alveri üzrə Mübarizə İdarəsində cinayət işi başlanıb. O, iki qadını fahişəliyə cəlb etməkdə ittiham olunur. Cinayət işi üzrə iki qadın zərərçəkmiş şəxs qismində tanınıb.

İstintaq orqanı tərəfindən T.Səmədovanın barəsində Cinayət Məcəlləsinin 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlbetmə) maddəsi ilə ittiham elan edilib.

Nərimanov Rayon Məhkəməsinin hökmüilə T.Səmədova 1 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində olan polis nəzarətində qətimkan tədbiri həbs qətimkan tədbiri ilə dəyişdirilib və məhkəmə zalında həbs olunub. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi isə onun şikayətini təmin etməyib.

“Report”


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>