ATƏT-in Baş katibi və Rusiya XİN başçısı Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini müzakirə edib | SON XƏBƏR | SON XƏBƏR

ATƏT-in Baş katibi və Rusiya XİN başçısı Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini müzakirə edib

Tomas Qreminger: Lavrov indi doğru yolda olduğumuza çox əmindir

Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi ATƏT-in Baş katibi Tomas Qreminger ilə Rusiya Xarici İşlər naziri Sergey Lavrov arasında Moskvada baş tutan görüş zamanı müzakirə edilib.

"Report"un Rusiya bürosunun məlumatına görə, bu barədə jurnalistlərə görüşdən sonra Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) baş katibi Tomas Qreminqer məlumat verib.

T.Qreminger qeyd edib ki, S.Lavrov ona aprelin 15-də Moskvada Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün nəticələri barədə məlumat verib.

"Lavrov indi doğru yolda olduğumuza çox əmindir", - deyə ATƏT-in Baş katibi vurğulayıb.

İqbal Rüstəmov


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>