Azərbaycan, Ermənistan, Rusiya XİN başçıları ilə Minsk qrupu həmsədrlərinin görüşü başa çatıb - YENİLƏNİB | SON XƏBƏR | SON XƏBƏR

Azərbaycan, Ermənistan, Rusiya XİN başçıları ilə Minsk qrupu həmsədrlərinin görüşü başa çatıb – YENİLƏNİB

Azərbaycan, Ermənistan, Rusiya XİN başçıları ilə Minsk qrupu həmsədrlərinin Moskva görüşü başa çatıb.

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin və ATƏT-in Minsk qrupu həmsədrlərinin Azərbaycan, Ermənistan və Rusiya XİN başçıları Elmar Məmmədyarov, Zöhrab Mnatsakanyan və Sergey Lavrovun görüşü və həmsədrlərin iştirakı ilə davam etdirilən danışıqların yekunları ilə bağlı birgə bəyanat yayacağı gözlənilir.


*** 14:05

Moskvada Azərbaycan, Ermənistan və Rusiya XİN başçıları Elmar Məmmədyarov, Zöhrab Mnatsakanyan və Sergey Lavrov ilə ATƏT-in Minsk qrupu həmsədrləri İqor Popov (Rusiya), Stefano Viskonti (Fransa), Andrü Şafer (ABŞ) arasında görüş keçirilir.

ATƏT-in fəaliyyətdəki sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin də iştirak etdiyi görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivləri müzakirə olunur.

"Report"


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>