Azərbaycan millisinin sabiq futbolçusu döyülməsinə aydınlıq gətirib | SON XƏBƏR | SON XƏBƏR

Azərbaycan millisinin sabiq futbolçusu döyülməsinə aydınlıq gətirib

Azərbaycan millisinin sabiq futbolçusu döyülməsinə aydınlıq gətirib

Azərbaycan millisinin sabiq futbolçusu Saşa Yunisoğlu naməlum şəxslər tərəfindən döyülməsinə aydınlıq gətirib.

Sonxəbər.info “Report”a istinadən  xəbər verir ki, 34 yaşlı veteran müdafiəçi bu barədə “facebook” hesabında yazıb.

O, hadisənin evinin yaxınlığında baş verdiyini bildirib: “Təəssüflər olsun ki, haqqımda yayılan son xəbərlər hardasa, doğrudur. Hadisə belə olmuşdur. Şənbə günü, axşam saatlarında yaşadığım evin yaxınlığındakı mağazadan alış-veriş etmək üçün maşını saxladım. Park etdikdən sonra maşından düşüb kurtkamı geyinmək istəyərkən iki nəfər mənim yanımdan keçirdi. Qaranlıq olduğundan sifətlərini görmədim. Biri mənə nəsə dedi və yanımdan maşınımın yanına keçdi, o biri isə qarşımda dayandı. Bu vaxt boynumdan küt bir zərbə hiss etdim. Səndələdim, geri dönmək istədikdə isə qarşımda dayanan mənə tərəf təpik atdı və əlimdəki pul kisəsini əlimdən qapmağa çalışdı. Mən də müqavimət göstərməyə çalışdım. Bu vaxt bizə tərəf gələn bir maşının işıqları üstümüzə düşüncə hərəsi bir tərəfə qaçıb uzaqlaşdılar. Ciddi bir xəsarət almadım, heç bir yerə müraciət etmədim və heç kəsdən də şikayətçi olmadım. Nə etmək olar, həyatdır. Arayıb maraqlandıqları üçün hər kəsə minnətdarlığımı bildirirəm. Ümid edirəm ki, bir də belə şeylər başıma gəlməz,inşallah! Çünki cəmiyyətimizdə idmançılara qarşı bir qarşılıqlı hörmət var”.

Qeyd edək ki, futbolçu karyerasını başa vuran Yunisoğlu Azərbaycan millisinin heyətində 28 oyun keçirib. O, “Neftçi”, “Bakılı”, “MTK-Araz”, “Bakı”, “Qəbələ”, AZAL, “Sumqayıt”, “Rəvan”, “Araz Naxçıvan”, “Səbail”, eləcə də Polşanın “Diskoboliya”, “Poloniya” və Türkiyənin “Dənizlispor” klublarında çıxış edib.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>