Bakıda altıbarmaqlı uşaq əməliyyat olunub | SON XƏBƏR | SON XƏBƏR

Bakıda altıbarmaqlı uşaq əməliyyat olunub

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında əlində əlavə barmaq olan uşaq əməliyyat olunub.

Universitetdən  verilən məlumata görə, polidaktiliya xəstəliyindən əziyyət çəkən 6 aylıq körpənin əlindəki əlavə barmaq əməliyyatla götürülüb.

Əməliyyatı aparan uşaq cərrahı Vüqar Məhəmmədovun sözlərinə görə, polidaktiliya nadir xəstəlik deyil:

“Polidaktiliya əlavə barmaqların olması xəstəliyidir. Bu uşaqda da baş barmaq tərəfdən sümük formalı polidaktiliya müşahidə olunurdu. Xəstədə əlavə barmağın çıxarılması üçün cərrahiyyə əməliyyatı aparıldı. Ümumi anesteziya altında yarım saata icra olunan əməliyyat zamanı funksiya göstərməyən barmaq xaric edilib. Son vaxtlar bu tip diaqnozlara mütəmadi olaraq rast gəlinır. Bu problem ana bətnində keçirilmiş virus xəstəlikləri, inkişaf anomaliyaları ilə əlaqədardır".


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>