Bakıda IV “SOCAR Beynəlxalq Downstream: Xəzər və Mərkəzi Asiya Forumu” keçirilir | SON XƏBƏR | SON XƏBƏR

Bakıda IV “SOCAR Beynəlxalq Downstream: Xəzər və Mərkəzi Asiya Forumu” keçirilir

Bakıda IV “SOCAR Beynəlxalq Downstream: Xəzər və Mərkəzi Asiya Forumu” keçirilir

Bu gün Bakıda IV “SOCAR Beynəlxalq Downstream: Xəzər və Mərkəzi Asiya Forumu” başlayıb.

Sonxəbər.info “Report”a istinadən  xəbər verir ki, Bakı Ali Neft Məktəbi və Böyük Britaniyanın “Confidence Capital Ltd” şirkətinin Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) dəstəyi ilə təşkil etdiyi forum aprelin 25-də başa çatacaq.

Tədbirin açılışında çıxış edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bildirib ki, regionun neft emalı və neft-kimya sənayesinin inkişafı ilə bağlı ətraflı məlumat təmin edən ticarət, logistika, neft emalı, neft-kimya Forumunun məqsədi müvafiq ixrac bazarları və marşrutları daxil olmaqla, regionda karbohidrogen ixracı üzrə ən son tendensiyaların və perspektivlərin təhlil edilməsidir.Onun sözlərinə görə, bu ilki foruma 22 ölkədən nümayəndələr qatılıb.

O bildirib ki,tədbirdə Azərbaycanın dövlət və hökumət nümayəndələri, SOCAR-ın rəhbər heyəti və struktur bölümlərinin rəhbərləri, Qazaxıstan, Qırğızıstan, İran, Rusiya, Türkmənistan, Türkiyə, Ukrayna, Gürcüstan və digər ölkələrin sahə nazirliklərinin və transmilli neft-qaz şirkətlərinin rəhbər nümayəndələrinin iştirak edir.

Tədbir zamanı Xəzər regionunda ticarət fəaliyyətləri və əsas ixrac marşrutları barədə təqdimatlar keçiriləcək. Eyni zamanda Xəzəryanı və Mərkəzi Asiya regionları ölkələrinin neft emalı sənayelərinin texnoloji vəziyyəti və kommersiya mövqeləri, neft emalı sahələrinin tikintisi və modernizasiyası layihələrinin səmərəli idarə olunması, regionda neft-kimya məhsullarına olan tələb və təkliflərin analizi, onların ixrac potensialı kimi məsələlərə dair müzakirələr aparılacaq.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>