Bakıda sərnişin avtobusu minik maşını ilə toqquşub, 5 nəfər yaralanıb - ƏLAVƏ OLUNUB | SON XƏBƏR | SON XƏBƏR

Bakıda sərnişin avtobusu minik maşını ilə toqquşub, 5 nəfər yaralanıb – ƏLAVƏ OLUNUB

Hadisə Sumqayıt-Binəqədi xətti üzrə hərəkət edən 585 nömrəli avtobusun iştirakı ilə baş verib.


***09:23

Bakının Binəqədi rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Novxanı qəsəbəsi istiqamətində hərəkətdə olan sərnişin avtobusu ilə minik avtomobilinin toqquşması nəticəsində 5 nəfər xəsarət alıb.

Yaralılar - Tağıyev Ayaz (35 yaş), Alıyev Rizvan (51), Məmmədov Xəyyam (38), Səfərov Bəxtiyar (38) və Məmmədov Eldəniz (49) müxtəlif dərəcəli bədən xəsarətləri ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onların hansı nəqliyyat vasitəsində olduğu məlum deyil.

"Report"


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>