Bu il Bakı metrosunda 7 ventilyator yenilənəcək | SON XƏBƏR | SON XƏBƏR

Bu il Bakı metrosunda 7 ventilyator yenilənəcək

Bu il Bakı metrosunda 7 ventilyator yenilənəcək

Bu il ərzində Bakı metrosunda istismar müddətini başa vurmuş 7 ventilyator yenisi ilə əvəz ediləcək.

Sonxəbər.info  “Report”a istinadən  xəbər verir ki, ventilyatorlardan 4-ü “VOM 24R”, 3-ü isə “VOM 20” tiplidir. Onların gücü müvafiq olaraq 75 və 55 kVt, məhsuldarlığı, texniki göstəriciləri Bakı metropoliteninin istismar şəraitinə uyğundur.

Cari ilin may ayına qədər Bakıya gətirilməli olan 7 ventilyatordan ikisinin artıq quraşdırılması üzrə işlər başlayıb. Yeni ventilyatorlar tunellərdə süni havalandırmanın keyfiyyətini bir neçə dəfə artıracaq. Əvvəlki ventilyatorlar 20-30 m3/saniyə məhsuldarlıqla işləyirdisə, yeni nümunələrin havalandırma imkanı 60-70 m3/saniyədir.

Bundan başqa, il ərzində tunel və stansiyaların təbii havalandırılması istiqamətində də mühüm işlərə başlanılacaq.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>