Donald Tramp hərbçiləri Meksika ilə sərhədə göndərib | SON XƏBƏR | SON XƏBƏR

Donald Tramp hərbçiləri Meksika ilə sərhədə göndərib

Donald Tramp hərbçiləri Meksika ilə sərhədə göndərib

ABŞ prezidenti Donald Tramp bildirib ki, bir qrup hərbçini Meksika ilə sərhədə göndərib.

 Ağ Ev rəhbəri bu barədə “Twitter”dəki səhifəsində yazıb.

O, bildirib ki, bu yaxınlarda Meksika əsgərləri ABŞ-ın Milli Qvardiyasının əsgərlərinə tapançalar veriblər. Dövlət başçısı bunu onların diqqəti sərhəddə narkotik qaçaqmalçılığı ilə məşğul olanlardan yayındırmaq üçün edilən taktiki gediş kimi qiymətlənidirib.

“Daha yaxşı olardı ki, bu, bir daha təkrarlanmasın! İndi biz hərbi qulluqçuları sərhədə göndəririk”, – deyə Tramp yazıb.

O, həmçinin qeyd edib ki, Meksika tərəfi Birləşmiş Ştatlara gəlməyə çalışan qeyri-leqal miqrantların axınına az mane olur.

Daha əvvəl Amerika lideri ölkənin Meksika ilə sərhədini tamamilə və ya qismən bağlamağa söz verib. ABŞ prezidenti bildirib ki, əgər Konqreslə və Meksika hakimiyyəti ilə razılığa gələ bilməsə Meksika ilə sərhədləri bağlayacaq. 

“Report”


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>