Dövlət Baytarlıq Xidməti: Bu il 207 850 itə peyvənd vurulub | SON XƏBƏR | SON XƏBƏR

Dövlət Baytarlıq Xidməti: Bu il 207 850 itə peyvənd vurulub

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) bu il quduzluq xəstəliyinə qarşı 207 850 baş itdə (o cümlədən 377 baş sahibsiz itdə) peyvəndləmə tədbiri aparıb.

Bu barədə Sonxəbər.info-ya DBX-dən bildirilib.

Qurum xəstəliyin təhlükəli olduğunu nəzərə alaraq heyvan sahiblərinə ehtiyatlı olmağı, hər hansı bir heyvan tərəfindən narahatlıq, dişləmə və yaxud cırmaqlanma baş verdiyi halda, dərhal ərazidəki baytar həkimə müraciət etməyi tövsiyə edib, eləcə də insanları ehtiyatlı olmağa, hər hansı bir heyvan tərəfindən dişləmə və yaxud cırmaqlanma baş verdiyi təqdirdə, dərhal səhiyyə ocaqlarına müraciət etməyə və antirabik vaksinini vaxtında vurdurmağa çağırıb.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>