Ekologiya və Təbii Sərvətlər Nazirliyində dəyirmi masa keçirilib. | SON XƏBƏR | SON XƏBƏR

Ekologiya və Təbii Sərvətlər Nazirliyində dəyirmi masa keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyində dəyirmi masa keçirilib.

 Ekologiya və Təbii Sərvətlər Nazirliyin mətbuat xidmətinən Sonxəbər.info-ya verilən məlumatda bildirilir ki,

“Ölkə ərazisində su ehtiyatlarının hazırki vəziyyətinin qiymətləndirilməsi və idarə olunması koordinasiyasının daha da təkmilləşdirilməsi” mövzusunda 17 aprel 2019-cu il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyində dəyirmi masa keçirilib.

Tədbirdə Fövqəladə Hallar, Kənd Təsərrüfatı Nazirliklərinin, Su Təsərrüfatı və Meliorasiya, “Azərsu”, “Azərenerji” ASC-lərin və AMEA-nın nümayəndələri iştirak edib.

Görüşdə hidrometeoroloji şəbəkənin modernləşdirilməsi,  2019-cu ilin mart ayında aparılan qarölçmə işlərinin nəticələri, yaz-yay gursululuq dövrünün proqnozu, gursululuq dövrünə hazırlıq, yarana biləcək  hər hansı risklərə qarşı dayanıqlığın təmin edilməsi və sahələrarası koordinasiyanın gücləndirilməsi məsələləri müzakirə olunub.

 


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>