Erkan Özoral azərbaycanlı və türkiyəli uşaqları təbrik edib | SON XƏBƏR | SON XƏBƏR

Erkan Özoral azərbaycanlı və türkiyəli uşaqları təbrik edib

"Bu gün Türkiyə Böyük Millət Məclisinin (TBMM) 99-cu ildönümünü qeyd edirik. TBMM 1920-ci il aprelin 23-də Ankarada fəaliyyətə başlayıb və daha sonra bu tarix türk uşaqlarına hədiyyə edilib".

Bunu Türkiyənin 23 Aprel - Milli Suverenlik və Uşaq Bayramı Günü ilə bağlı keçirilən tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

Səfir bildirib ki, bu bayram hər il təmtəraqlı şəkildə qeyd edilir: "Əziz uşaqlar, bu bayram sizlərə Atatürk tərəfindən miras qoyulub. Xoş halımıza ki, bu gün Türkiyəyə məxsus bir bayramı məhz Azərbaycanda türkiyəli və azərbaycanlı uşaqlarla birlikdə qeyd edirik. Bu bayram müstəqil və demokratik Türkiyə üçün çox önəmli bir bayramdır. Millətin öz iradəsinə sahib çıxdığı tarixdir. O tarixdən etibarən qurtuluş uğrunda həyata keçirdiyimiz savaşımız Anadoluda Millət Məclisinin lideri Mustafa Kamal Atatürkün komandanlığı ilə 29 oktyabr 1923-cü il Cümhuriyyətin elanı ilə nəticələnən bir zaman oldu. Millət Məclisimiz o zamandan bəri millətimizin taleyini həll edən ən yüksək orqandır".

Səfir bayram münasibətilə azərbaycanlı və türkiyəli uşaqları təbrik edib: "Hamınızın bayramı mübarək olsun, hər birinizi təbrik edirəm"


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>