Ermənistanda 18 hərbçi yol qəzasına düşüb | SON XƏBƏR | SON XƏBƏR

Ermənistanda 18 hərbçi yol qəzasına düşüb

Ermənistanın cənubunda "ZİL" hərbi avtomobilinin qəzaya uğraması nəticəsində 20-ə yaxın hərbi qulluqçu xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

İdeologiya.az "Report"a istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilir ki, hadisə dünən Yerevandan 370 kilometr cənubda, Sünik vilayətində, Meqi-Çirani avtomobil yolunda baş verib.

"Hərbi hissələrdən birinə məxsus "ZİL-131" avtomobili yoldan çıxaraq qaya ilə toqquşub və aşıb. Xilasedicilərin gəlişinə qədər 18 hərbi qulluqçu "Meqri" tibb mərkəzinə yerləşdirilib", - deyə nazirliyin saytında yerləşdirilmiş xəbərdə bildirilir.

Mətbuat xidmətinin məlumatına görə, zərərçəkənlərin həyatı üçün heç bir təhlükə yoxdur. Həkimlər hərbçilərdən birinin vəziyyətini orta ağır kimi qiymətləndirir.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>