Ermənistanda “Araratsement” şirkətinin əməkdaşları tətil elan ediblər | SON XƏBƏR | SON XƏBƏR

Ermənistanda “Araratsement” şirkətinin əməkdaşları tətil elan ediblər

Ermənistanda “Araratsement” şirkətinin əməkdaşları tətil elan ediblər.

Sonxəbər.info “Report”a istinadən xəbər verir ki, onlar müəssisənin bağlanmasına etirazlarını bildiriblər.

Qeyd edək ki, işçilərə aprelin 12-də şirkətin bağlanması ilə bağlı bidiriş göndərilib. Aprelin 15-də səhər saatlarında əməkdaşlar bildirişləri götürməkdən imtina ediblər.

“Araratsement”in direktorluğu bildirib ki, sementin istehsal dəyəri bahadır: “Biz İran istehsalı olan sementlə rəqabət apara bilmirik”.

Vurğulanıb ki, 2018-ci ildə Ermənistan 680 min tona yaxın sement istifadə edib. Bunun 512 min tonu ölkədə istehsal olunub, 168 min tonu isə ixrac edilib.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>