“Formula 1”: Bakıda məşhur pilotların avtoqraf sessiyalarının vaxtı açıqlanıb | SON XƏBƏR | SON XƏBƏR

“Formula 1”: Bakıda məşhur pilotların avtoqraf sessiyalarının vaxtı açıqlanıb

“Formula 1” üzrə Azərbaycan Qran-prisi zamanı komandaların pilotlarının avtoqraf sessiyalarının vaxtı açıqlanıb.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən  verilən məlumata görə, sessiyalar 3 günü əhatə edəcək.

26 aprel

11:10 - 11:30 Maks Ferstappen və Pyer Qasli ("Red Bull")

11:30 - 11:50 Sebastyan Fettel və Şarl Lekler ("Ferrari")

11:50 - 12:10 Daniel Rikkardo və Niko Hülkenberq ("Renault")

27 aprel

11:20 - 11:40 Serxio Peres və Lens Stroll ("Racing Point")

12:00 - 12:20 Kimi Raykkonen və Antonio Covinatsi ("Alfa Romeo")

12:20 - 12:40 Lüis Hemilton və Valtteri Bottas ("Mercedes")

28 aprel

11:20 - 11:40 Corc Rassel və Robert Kubitsa ("Williams")

11:40 - 12:00 Karlos Sayns və Landro Norris ("McLaren")

12:00 - 12:20 Romen Qrojan və Kevin Maqnussen ("Haas")

12:20 - 12:40 Daniil Kvyat və Aleksandr Albon ("Toro Rosso")

Qeyd edək ki, yeni mövsümün ilk üç mərhələsində “Mercedes” pilotları qalib olublar. Lüis Hemilton Bəhreyn və Çində, onun komanda yoldaşı Valtteri Bottas isə Avstraliyada rəqiblərini qabaqlayıb. Üç mərhələdən sonra Hemilton 68 xalla 1-ci, Bottas 62 xalla 2-ci, Avstriya “Red Bull”undan Maks Ferstappen 39 xalla 3-cüdür.

Azərbaycan Qran-prisi 26 - 28 apreldə olacaq.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>