"Formula 1": Bakıda mətbuat konfransında iştirak edəcək pilotlar açıqlanıb | SON XƏBƏR | SON XƏBƏR

“Formula 1″: Bakıda mətbuat konfransında iştirak edəcək pilotlar açıqlanıb

“Formula 1” üzrə SOCAR Azərbaycan Qran-prisi çərçivəsində mətbuat konfranslarında iştirak edəcək pilotlar açıqlanıb.

Aprelin 25-də saat 17:00-da başlayacaq tədbirə Antonio Covinatsi (“Alfa Romeo”), Kevin Maqnussen (“Haas”), Lens Stroll (“Rasing Point”), Niko Hülkenberq (“Renault”) və Corc Rassell (“Williams”) qatılacaq.

Aprelin 26-da saat 15:00-da start götürəcək konfransda isə komanda rəhbərləri iştirak edəcəklər. Bunlar Toto Volf (“Mercedes”), Otmar Zafnauer (“Rasing Point”), Kristian Horner (“Red Bull”), Siril Abitebul (Renault) və Kler Uilyamsdır (“Williams”).

Qeyd edək ki, SOCAR Azərbaycan Qran-prisi 26 – 28 apreldə keçiriləcək.

 


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>