"Formula 1" pilotu Şri-Lankada terror nəticəsində 3 övladını itirən sponsoruna başsağlığı verib | SON XƏBƏR | SON XƏBƏR

“Formula 1″ pilotu Şri-Lankada terror nəticəsində 3 övladını itirən sponsoruna başsağlığı verib

“Formula 1” üzrə dünya çempionatında iştirak edən ABŞ-ın “Haas” komandasının pilotu Kevin Maqnussen Şri-Lankada baş verən terror nəticəsində 3 övladını itirən Danimarkanın ən varlı vətəndaşı Anders Xolç Povlsenə başsağlığı verib.

27 yaşlı danimarkalı pilot “Twitter” hesabında sponsorunun həlak olan uşaqlarının adlarının baş hərflərini ağ rəngdə qara fonda paylaşıb.

Povlsen “Only”, “Vero Moda” və “Jack&Jones” brendlərə sahib olan ASOS şirkətinin sahibidir. “Forbes” onun varidatını 7,9 milyard dollar qiymətləndirir. “Jack&Jones”in loqosunu Maqnussenin geyimində və “Haas”ın bolidinda görmək olar.

Qeyd edək ki, tanınmış iş adamı aprelin 21-də həyat yoldaşı, eləcə də 4 övladı - Alyma, Astrid, Aqnes və Alfredlə birgə Pasxa bayramı münasibətilə Şri-Lankaya gəlib. Paytaxt Kolombodakı otellərin birində baş verən partlayış nəticəsində Povlsenin 4 övladından 3-cü həlak olub. Onlardan hansının həyatda qaldığı açıqlanmır. Ümumilikldə Şri-Lanka baş verən terror aktları nəticəsində aralarında 30-dan çox əcnəbi olan 290 nəfər ölüb.

“Report”


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>