Formula-1 yarışları keçirilən günlərdə gözlənilən hava proqnozu açıqlanıb | SON XƏBƏR | SON XƏBƏR

Formula-1 yarışları keçirilən günlərdə gözlənilən hava proqnozu açıqlanıb

Formula-1 yarışları keçirilən günlərdə gözlənilən hava şəraiti

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin  Sonxəbər.info-ya verdiyi məlumata görə,Aprelin 26-da

Havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi  gözlənilir. Lakin günün birinci yarısında yarımadanın bəzi yerlərində çiskinli yağış yağacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu  gecə 9-12, gündüz 16-21 dərəcə isti təşkil edəcək.

Aprelin 27-də

Hava əsasən yağmursuz keçəcək. Mülayim cənub-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu  gecə 9-12, gündüz 16-20 dərəcə isti təşkil edəcək.

Aprelin 28-də

Havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Mülayim cənub-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu  gecə 10-13, gündüz 16-21 dərəcə isti təşkil edəcək.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>