Fransa şirkəti Bakı metrosunda 4 müasir təhlükəsizlik sistemi qurur | SON XƏBƏR | SON XƏBƏR

Fransa şirkəti Bakı metrosunda 4 müasir təhlükəsizlik sistemi qurur

Fransa şirkəti Bakı metrosunda 4 müasir təhlükəsizlik sistemi qurur

Ötən müddət ərzində Bənövşəyi xəttin istismara verildiyi dövrdə tətbiq ediləcək vahid sistemin mərhələlərlə quraşdırılmasına başlanılıb.

Sonxəbər.info “Report”a istinadən  xəbər verir ki, gələcəkdə metropolitenin bütün infrastrukturunun SCADA sistemlərinə keçilməsi təmin ediləcək.

Məlumata görə, hazırda Bənövşəyi xətdə “Thales” şirkətinin 4 sistemi quraşdırılır.

“Bunlar qatarların hərəkətinə nəzarəti təmin edən mikroprosessor sistemi, Bənövşəyi xətti əhatə edən, lakin gələcəkdə bütün metropoliteni əhatə edəcək dispetçer idarəetməsi, qatar dispetçeri ilə maşinist rabitəsini təmin edən “Tetra” radiorabitə sistemi, mühəndis-texniki qurğuları və eskalatorların idarə edilməsini təmin edən sistem və avadanlıqdır. Artıq bu sistemin tərkib hissəsi olan mikroprosessor idarəetməsi və “Tetra” rabitə sistemi fəaliyyət göstərir”, – məlumatda bildirilir.

Qeyd edək ki, Bakı metrosunun mövcud Yaşıl və Qırmızı xətlərində qatarların hərəkəti SAT-ALİ (sürəti avtomatik tənzimlənmə, avtomatik lokomotiv idarəetmə) sistemləri əsasında həyata keçirilir.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>