Fransa təşkilatından ermənilərə: 26 fevralı Xocalı soyqırımı qurbanlarının xatirəsi günü kimi tanıyın! | SON XƏBƏR | SON XƏBƏR

Fransa təşkilatından ermənilərə: 26 fevralı Xocalı soyqırımı qurbanlarının xatirəsi günü kimi tanıyın!

Fransada Azərbaycanın Dostları Assosiasiyası (FADA) erməniləri fevralın 26-nı Xocalı soyqırımı qurbanlarının xatirəsi günü kimi tanımağa çağırıb.

Sonxəbər.info"Report"a istinadən xəbər verir ki, bu barədə FADA Prezidenti Jan-Fransua Manselin kütləvi informasiya vasitələrinə ünvanladığı müraciətdə vurğulanıb.

Bildirilib ki, Fransa Prezidenti Emmanuel Makronun aprelin 24-nün ölkədə qondarma "erməni soyqırımı qurbanları"nın xatirəsi günü kimi qeyd edilməsi haqqında sərəncam imzalayıb. Əslində, fevralın 26-nın Xocalı soyqırımı qurbanlarının xatirə günü kimi ermənilər tərəfindən tanınması və anılması ədalətli olar. Çünki 1992-cı il fevralın 26-da Azərbaycanın Xocalı şəhərində 613 sıravi vətəndaş, o cümlədən uşaqlar, qadınlar və qocalar qətlə yetirilib. Bu gün erməni icmasının nümayəndələri Türkiyəyə yaddaş borcunu yerinə yetirmədiyinə görə iradlarını bildirirlər. Bəs Ermənistanın öz yaddaş borcunu yerinə yetirməsinin vaxtı artıq çatmayıbmı?"


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>