Hitlerin ölümqabağı teleqramı ABŞ-da satışa çıxarılıb – FOTO | SON XƏBƏR | SON XƏBƏR

Hitlerin ölümqabağı teleqramı ABŞ-da satışa çıxarılıb – FOTO

Hitlerin ölümqabağı teleqramı ABŞ-da satışa çıxarılıb – FOTO

Nasist Almaniyasının lideri Adolf Hitlerin 1945-ci ilin 24 aprelində yazdığı ölümqabağı teleqramı ABŞ-da hərraca çıxarılıb.

Sonxəbər.info  “Report”a istinadən  xəbər verir ki, bu barədə “İzvestiya.ru” məlumat yayıb.

Qeyd edilir ki, Hitler bu teleqramını general-feldmarşal Ferdinand Şernerə ölümündən altı gün əvvəl göndərib. Nasist Almaniyasının başçısı teleqramda Berlində qalmaq istədiyini bildirib.

“Mən Almaniya üçün həlledici döyüşdə iştirak etmək və qalanlara nümunə olmaq üçün Berlində qalacağam”, – Hitler yazıb.

Hərracda Hitlerin teleqramından başqa Şernerin cavabı da satışa çıxarılıb. Feldmarşal cavab məktubunda Hitlerdən mühasirəyə alınmış şəhəri tərk etməyi xahiş edib.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>