Kəndimizin son günü : Özəl 144-ci fəsil | SON XƏBƏR | SON XƏBƏR

Kəndimizin son günü : Özəl 144-ci fəsil

Kəndimizin son günü : Özəl 144-ci fəsil

Yaddaşlarımızda,gözlərimizin didəsində dəfn edilmiş Novruzlunun əziz xatirəsinə.

Eyni adlı kitabımızdan fəsillər.

Zaman bizlərlə bərarbər kəndimizin şərəfli,şanlı,keşməkeşlərlə dolu tarixini əks etdirən artıq tamamlanmağa doğru gedən kitabımızın da sanki çiyinlərindən keçərək ona öz müxtəlif naxışlarını vurur.     Nələrə nail oluruq göz qabağındadır,fərqli,fərqsiz dünənimizi,qismən də bu günümüzü paylaşdığımız,   yaşıdlarımızın,həmyerlilərimizin müxtəlif həyat hekayətlərinə yazı donu geydirməklə işimizi bitmiş hesab etmirik.Kəndimizin son günündən küllü Qarabağın,bir zamanların ağdamları işım-işım işıldayan bəxtəvər,  indisə Vahid Qazi demişkən; ruhlar şəhərinə çevrilmiş Ağdamında bacardığımız qədər həyatın içindən gələn portretlərini cızmağa çalışırıq,məqsadimizə deyəsən nail oluruq,hazır fəsillərin elektron KİV-lərdə  dərcinin oxunma sayı da dediklərimizə əyani sübutdur.Bəli,bizlər dünənimizə də,bu günümüzü də xatırlamağı,xatirələrdə yaşatmağı sevirik,yaşam tərzimizi dəyişəsi deyilik ki.

Hə,keçək Rüstəm kişinin ailəsinə talenin hazırladığı qorxulu nağılın davamına.Deməli rus-alman savaşında qəhrəmanlıqla döyüşmüş,bir neçə dəfə ağır yaralansada,sinəsi orden-medallarla dolu sağ-salamat evinə dönən bir nər kişinin sevib-seçərək ailə qurduğu tərəkəmə qızı Alagöz xanımla evliliklərindən dörd qız övladları olandan sonra usa tanrı min nəzir müsafdan,qurbanlardan onlara Sahib adını verdikləri gözəl-göyçək bir oğlan payı verir.Dörd bacının,sevimli ata-anasının sevib əzizlədikləri,  qarasına uçduqları,boyunu sevdikləri,pərvanə kimi başına dolandıqları elin-obanın,qohum-əqrəbanın da çox istədiyi Sahib böyüyüb əsgər yaşına çatır.Geniş əlaqələri,ən əsası maddi vəziyyəti qaydasında olan Rüstəm kişinin gözünün ağı-qarası,dörd bacınn və ata-anasının yeganə ümüdəri olan madar oğlunu əsgəri xidmətdən xilas etmək imkanları olsada,təbii o buna getmir,elə də çətin olmayan bu işə qol qoymur.   Səbəblərin görükənindən danışaq.O illər hələ,Sovet ittifaqına Vətənmiz kimi baxdığımızdan yalançı,saxta sovet,kommunist təbliğatı Sovet ordusunu ilahiləşdirdiklərindən əsgəri xidmətini keçməyən cavanlara baxış prizmaları müxtəlif və mənfi yüklü olardı.Geydirmə kişilik məktəbi eyforiyası ilə beyinlərimiz   dumanlandırılıb,zəhərləndiyindən belə cavanlara hətta qız elçiliyində birinci sual orduda olub-olmadığı,  guya müqəddəs borcunun xatırlanması soruşulması kimi ucuz söz-söpətlər olardı,əsas mövzulardan biri.  Sonralar 1990-cı ilin 20 yanvarında dişinəcən silahlanmış bu qaniçən ordu gözünü qırpmadan onun   sıralarında qulluq keçməyi özünün müqəddəs borcu bilən xalqın,oğulvə qızlarının günahsız körpələrinin,qadınlarının,qızlarının,qocalarının qanını tökəndə nə qədər səhv elədiyimizi,yanıldığımızı anlayıb ayılsaqda artıq gec idi.Ürəyimizə,qəlbimizə iyirmi yanvar şəhidliyi adlı böyük bir dağ çəkmişdi,sovet imperyasının bel sütunu olan,dişləri qnlı Sovet ordusu.

O illər,kişilik məktəbi bildiyimiz ordu sıralarında qulluğumuzun əksər hallarda stoybat,yəni inşaat tikinti batalyonundan uzağa getmədiyi,bel,külünc,divar hörmək,palçıq qarışdırmaqla,ləyaqətli övladlarımızı qul kimi işlədərək,hərbi sursata yaxın buraxmazdılar,uzaqgörən rus başbilənləri.Bu ağrılı nəsnələr barədə ötən fəsillərdə bəhs etdiyimizdən sadəcə qısa bir xatırlatma etdik.

Rüstəm kişinin Sahibi əsgəri xidmətdən saxlamamağının səbəbləri dediklərim və özünün müharibənin od-alovunu keçməsi,bir azda hərbiyə olan sevgisi idi ki,sonda oğlunu əsgər yola salır.Sahibin təsadüfdənmi,nədənmi namərd ölümün girinə keçəcəyi hərbi hissə döyüş hazırlıqlı və Rusiyanın ucqar diyarında yerləşir.Həmişə olduğu kimi,rus-erməni sevgisinin izləri bu hərbi hissədədə əməli boy atmış olur.Hərbi hissədə çoxluq təşkil edən ermənilər ruslara arxalanaraq,qeyri millətlərə,əsasən azəri türklərinə,sayca az olduqlarında necə deyərlər,zülm edərək harda oldu badalaq gələrək hiylələr qururdular.Əksər hallarda rus dilini bilməyənlər,bizimkilər rus zabitlərinə fikirlərini çatdıra bilmədiklərindən ermənilərin gizli-aşkar oyunları baradə onları məlumatlandıra bilmirdilər,lap məlumatlansaydılarda nə dəyişəcəkdi,arxalı köpəklər qurd basar misalı ermənilərin toqquşdurub quraşdırdıqları yalanlar doğrular kimi qiymətləndirilərək sonda onlar haqlı,azəri türkləri isə günahkar sayılaraq amansızlıqla cəzalandırılacaqdılar.Dünyanın qara üzü belə güstərirdi,hər işi tərsinə,nəgahani,nə isə.Saibin olduğu hərbi hissədədə ermənilər sayca çox əslən Ermənistandan,Yerevandan olanlar,rus dilini  ruslar qədər bilən yaşlı,hərbi xidmətə gec gələnlər,beyinlərindədə azəri türklərinə,ümumiyyətlə,türkə qarşı qaniçən,zəhərli ideyaları gəzdirənlərin olması vəziyyəti bir azda qəlizdəşdirir,demək olar ki,bu vəhşilər hərbi hissədə necə gəldi eləcədə hərəkət edərək,hətta rusları belə saya salmırdılae.Vaxtaşırı Yerevandan göndərilən poçt bağlamalarında rusların sinoy getdikləri,Axtamar,Ararat konyaklarını bəh-bəhlə içən rus zbitlər ermənilərə gözün üstə qaşın deməyərək qanuna zidd hərəkətlərinədə göz yumaraq qulaqardına vurardılar.

Qısası,ermənilər elə bil uzaq rus diyarında yox,şeytanlar yuvası olan yerevanda hərbi xidmət keçirmişlər ki,at oynadır,meydan sulayaraq bildikləri,içlərindəki pislikləri,murdarlıqları qədərindən artıq etməkdən belə çəkinmirdilər.Gələn fəsildədə belə faciələrdən danışacağıq,nələr,nələr.

Teylor Fətişoğlu.

İdeologiya.az


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>