Lənkəranda ailə münaqişəsi zəminində intihara cəhd edən qadın xəstəxanada ölüb - YENİLƏNİB | SON XƏBƏR | SON XƏBƏR

Lənkəranda ailə münaqişəsi zəminində intihara cəhd edən qadın xəstəxanada ölüb – YENİLƏNİB

Lənkəran rayonunda sirkə turşusu içərək intihara cəhd edən 1978-ci il təvəllüdlü Ürgə kənd sakini Zamanlı Xalidə Zeynal qızı Rayon Mərkəzi Xəstəxanasında keçinib.

Həkimlərin səylərinə baxmayaraq, qadının həyatını xilas etmək mümkün olmayıb.


***14:07

Lənkəran rayonunun Ürgə kəndində intihara cəhd hadisəsi baş verib.

1978-ci il təvəllüdlü Zamanlı Xalidə Zeynal qızı sirkə turşusundan zəhərlənmə diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

O, vəziyyəti ağır olduğundan zəruri tibbi yardımlar göstərilməklə, Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyəti ağır qiymətləndirilir. Yaxınlarının dediyinə görə, X.Zamanlı sirkə turşusunu ailə münaqişəsi zəminində içib.

Faktla bağlı araşdırma aparılır.

"Report"


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>