Liviyada hərbi əməliyyatlarda ölənlərin sayı 121 nəfərə çatıb | SON XƏBƏR | SON XƏBƏR

Liviyada hərbi əməliyyatlarda ölənlərin sayı 121 nəfərə çatıb

Liviyada hərbi əməliyyatlarda ölənlərin sayı 121 nəfərə çatıb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının "Twitter" səhifəsi məlumat yayıb.

Məlumata görə, hərbi əməliyyatlar zamanı həmçinin daha 561 nəfər yaralanıb. Qeyd edək ki, marşal Xəlifə Haftar aprelin 4-də paytaxt Tripolini ələ keçirmək barədə əmr verib. Hərbi əməliyyatlar artıq 10 gündür davam edir.

Daha əvvəl toqquşmalar zamanı 51 nəfərin həlak olduğu bildirilirdi.

Qeyd edək ki, Liviya Prezident Şurasının sədr müavini Əli əl-Katrani istefa verdiyini açıqlayıb.  


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>