Messinin burun çəpərində çat aşkarlanıb | SON XƏBƏR | SON XƏBƏR

Messinin burun çəpərində çat aşkarlanıb

Messinin burun çəpərində çat aşkarlanıb

İspaniyanın “Barselona” klubunun futbolçusu Lionel Messi məşqlərdən bir neçə gün kənarda qalacaq.

Sonxəbər.info “Report”a istinadən xəbər verir ki, argentinalı hücumçu UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda “Mançester Yunayted”i İngiltərədə 1:0 hesabı ilə məğlub etdikləri görüşdə zədələnib. Onun burun çəpərində çat təsbit edilib.

Rəqib futbolçu Kris Smollinqlə toqquşaraq xəsarət alan kapitanın burnunda qırıq aşkarlanmayıb. Lakin onun göz qapağının da zədələndiyi bildirilir. Messi aprelin 13-də “Ueska” ilə səfər matçında iştirak etməyəcək.

Qeyd edək ki, “Barselona” və “Mançester Yunayted” komandaları arasında cavab oyunu aprelin 16-da keçiriləcək.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>