Milli Depozit Mərkəzinin nümayəndələri Cənubi Koreyaya səfər ediblər | SON XƏBƏR | SON XƏBƏR

Milli Depozit Mərkəzinin nümayəndələri Cənubi Koreyaya səfər ediblər

Milli Depozit Mərkəzinin nümayəndələri Cənubi Koreyaya səfər ediblər

Aprelin 1-5-də Azərbaycanın kapital bazarı iştirakçılarından ibarət nümayəndə heyəti, o cümlədən Milli Depozit Mərkəzinin (MDM) əməkdaşları, “Bilik Mübadiləsi Proqramı” (KSP) layihəsi çərçivəsində Cənubi Koreyanın paytaxtı Seula səfər ediblər.

Məlumata görə, səfər zamanı nümayəndə heyəti Koreya Mərkəzi Depozitarı (KSD), Koreya Fond Birjası (KRX), Koreyanın Maliyyə Bazarlarına Nəzarət Xidməti və digər təşkilatların keçirdiyi seminarlarda iştirak edib. Seminarlar kapital və törəmə maliyyə alətləri, o cümlədən effektiv klirinq və hesablaşmalar sistemi, səhm, istiqraz və törəmə maliyyə alətləri bazarlarının inkişafı və digər aidiyəti mövzular üzrə keçirilib. Həmçinin iştirakçılara maliyyə bazarlarının təşkilatları tərəfindən göstərilən xidmətlər barədə təqdimat şəklində ətraflı məlumat verilib. Səfərin sonunda nümayəndə heyətimizin əldə etdiyi məlumatlar üzrə təqdimatlar hazırlanıb, koreyalılarla müzakirə edilib və mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Cəbuni Koreyanın Iqtisadiyyat və Maliyyə Nazirliyinin həyata keçirdiyi KSP layihəsi tərəfdaş ölkələrlə iqtisadi və siyasi əməkdaşlığın genişləndirilməsi məqsədilə yaradılmış inkişaf platformasıdır.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>