Misir prezidentinin fəaliyyət müddəti uzadılıb | SON XƏBƏR | SON XƏBƏR

Misir prezidentinin fəaliyyət müddəti uzadılıb

Misirdə keçirilən ümumxalq referendumunda seçicilər səs çoxluğu ilə ölkə konstitusiyasına düzəlişlərin edilməsini dəstəkləyiblər. Dəyişikliklərdən biri hazırkı dövlət başçısı Əbdül Fəttah Əs-Sisinin prezidentlik müddətinin uzadılmasını nəzərdə tutur.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Seçki Komissiyasının sədri Lyaşin İbrahim deyib.

"Düzəlişlərə seçicilərin 88,33% səs verib. Seçkilərdə iştirak 44,33% təşkil edib", - deyə komissiya sədri Qahirədə keçirilən mətbuat konfransında bildirib.

Bazar ertəsi Misirdə ölkə konstitusiyasına hazırkı dövlət başçısı Əs-Sisiyə 2030-cu ilədək öz postunda qalmaq və səlahiyyətlərini genişləndirmək imkanı verən düzəlişlərin edilməsi üzrə səsvermə başa çatıb.

Düzəlişlər ümumxalq referendumunun nəticələri elan olunduqdan dərhal sonra qüvvəyə minir.

Beləliklə, indi Misirdə prezidentlik müddəti 4 ildən 6 ilə qədər artırılmış olub.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>